Əsmər Əliyeva

Əsmər Əliyeva
@Eliyevfaesmer
Puan vermedi·768 syf.··
2024 182. kitabı
Romanın əsas obrazı olan Jan Valjan bacısının övladı acından ölməsin deyə oğurluq edib həbs olunan gəncdir. 5 il cəza alan Jan bir neçə dəfə həbsxanadan qaçmağa cəhd etdiyinə görə cəzasını 19 il çəkməli olmuşdu... Həbsxanadan çıxıb azadlığa qovuşan Valjan artıq çox fərqli bir insandı. Yenidən həyata tutunmağa çalışsa da, keçmiş məhkum olduğundan cəmiyyət tərəfindən qəbul olunmur. Nə qarnını doydura biləcək çörək, nə də soyuq günlərdə qala biləcək yer tapır. Daha sonra bir yepiskopla qarşılaşan Valjan bir qədər ümidlənir. Yepiskop ona qalmağa yer və yemək verir. Fəqət həbsxanada yaşadıqları və azadlığa çıxandan sonra cəmiyyətin rəftarı onun bütün hiss və duyğularını itirməsinə səbəb olur. Valjan yepiskopun sahib olduğu bütün gümüş və qiymətli əşyaları oğurlayıb qaçır. Lakin bu qədər yüklə yaxalanması uzun sürmür. Qiymətli əşyaları ilə birlikdə yepiskopun hüzuruna gətirilən Jan gözləmədiyi hadisə ilə qarşılaşır. Yepiskop bu əşyaların hədiyyə olduğunu və oğurlanmadığını deyir və Valjanın sərbəst qalmasına yardım edir. Daha sonra yepiskop ona daha iki gümüş şamdan verir və bir tək şey: bütün bu gümüşləri yaxşı insan olmaq yolunda xərcləməyi istəyir. Bu hadisə Jan Valjanın yox olan duyğularını yenidən geri qaytarır.İllər sonra Jan Valjan saxta kimlik sənədi ilə iş həyatına başlayır və uğur qazanır. O artıq zəngindir və qəsəbənin ən sevilən insanlarından biridi. Amma keçmişi onu daim təqib edir. Onun əslində kim olduğundan sadəcə bir polis məmuru Javer şüphələnsə də, əlindən heç bir şey gəlmir. Daha sonraJan Valjanın həyatına ciddi təsir edə biləcək bit qadın girir . Fantina Valjanın fabrikində çalışan və kiçik qızı olan kasıb bir qadındı. Zamanının əxlaq anlayışı atası bəlli olmayan uşaq anasına bir o qədər də müsbət baxmadığından işini itirən bu qadın qızı üçün hər cür
Səfillər (I-III Hissələr)Victor Hugo · Teas Press Nəşriyyatı · 2022105,3bin okunma
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Puan vermedi·220 syf.··
2024 177. kitabı
Romanın xülasəsi təxmini belədir - gənc və gözəl bir qız olan veronika həyatın rutinliyindən bezir və intihara təşəbbüs edir. Uğursuzluqla nəticələndikdə dəlixanaya aparılır. Orada, özünə xəstə olduğu və qısa bir müddət ömrünün qaldığı deyilir. Kitab insana özünü ən yaxşı nə zaman tanıya bilər və ya tanımağa yaxın ola bilər sualını verdirir? Veronika bir həftəlik ömrü qaldığını anladıqda özünün daha əvvəl fərqinə varmadığı tərəflərini, həzzlərini, arzu və hirslərini üzə çıxarır və keçmişini sorgulamağa başlayır. Hətta çox qərarlı olmasına rəğməm içtən içə intihar etdiyinə peşman belə olur.
Veronika Ölməyə Qərar VerirPaulo Coelho · Qanun Nəşriyyatı · 2013102,4bin okunma
Puan vermedi·840 syf.··
2024 66. kitabı
Don Kixot İtaliyada kiçik bir kənddə yaşayır. Cəngavərlərə hədsiz marağı olan bu gənc tez-tez cəngavər hekayələri oxuyur və dünyanı bu hekayələrdə olduğu kimi zənn etməyə başlayır. Dünyanın keçmiş zamanlardaki cəngavərlərə ehtiyacı olduğunu düşünür. Günlərin bir günü ağlını itirən Don Kixot özünü dünyanın son cəngavəri zənn edir. Evindəki köhnə, əski, paslanmış dəmir parçaları geyinir. Əlinə cəngavər silahı alır və yola düşür. Mükəmməl olduğunu düşünən cılız atına minərək insanlara "yardım etməyə" başlayır. Özünə aristokrat bir sevgili axtaran Don Kixot çirkin kəndli qızını özünə məşuqə edir. Yolda Sanço ilə qarşılaşır. Ona çoxlu pul mükafat vəd edərək özünə köməkçi edir. Sonra tacirlərlə qarşılaşan Don Kixot onlara sevgilisi Dulsineanın çox gözəl bir qız olduğuna inandırmağa çalışır. Onlar da Don Kixotu ağılsız yaramaz zənn sanıb onu döyürlər. Daha sonra Don Kixot yolda yel dəyirmanlarına hücum edir. Onları insanlara pislik edən əjdahalar zənn edir. Bu "döyüş"də xəsarət alan Don Kixotun ağlı başına yenə gəlmir. Sanço həqiqəti ona danışsa da, o yenə fikrindən dönmür öz xəyallarının əsl həqiqət olduğunu zənn edir.Bundan sonra qoyun sürülərini bir-birinə hücum edən iki ordu zənn edir. Zəif olanın tərəfinə keçir və onları "qoruyur". Qoyunlarına hücum olunduğunu görən çoban isə Don Kixotu yaxşıca əzişdirir. Cəngavərin başına buna bənzər bir çox gülünc hadisələr gəlir. Daha sonra kəndin baş rahibi onu bir qəfəsə bağlayaraq evinə yollayır. Onu dəli zənn edib müalicə etməyə çalışır. Lakin Don Kixot yenə də həqiqəti qəbul etmir. Xülyaları ilə yaşamağı üstün tutur. Bir müddətdən sonra Don Kixot yenə Sanço ilə qarşılaşır. Sevgilisi Dulsineyanı axtarmağa başlayır. Sanço isə artıq Don Kixotun ağlını təmiz itirdiyini düşünür və rol oynamağa başlayır. Onu aldadaraq qarşısına
Don KixotMiguel de Cervantes · Bakı, Qanun Nəşriyyatı · 027,5bin okunma
Puan vermedi·348 syf.··
2024 65. kitabı
Qorio əvvəllər taxıl ticarəti ilə məşğul olurdu. O bu peşədən yaxşı pul qazanırdı. 7 illik evlilikdən sonra arvadı ölmüş və iki qızı ilə həyatının geri qalan hissəsinə davam edirdi. Atalıq hissi, duyğuları onda sonsuz idi. Qızlarının xoşbəxtliyi üçün o hər şey etməyə hazır idi. Qızlarının heç bir istəyinə yox deyə bilmirdi. Gün gəldi və qızları evlilik yaşına çatdılar. Onun bir qızının adı Anastasiya digərinin adı isə Delfina idi. Anastasiya şöhrətpərəstliyi sevirdi və gözəlliyi ilə ətrafdakıları məftun edirdi. O bir qrafla ailə həyatı qurur. Digər qızı Delfina isə bir bank işçisinə ərə gedir. Qorio hər iki kürəkəninin yaxşı olduğunu zənn edirdi. Az keçmədi ki, o, fikirlərində yanıldığını gördü. Qorionun müflisləşməsindən sonra qızlarının ərləri ataları ilə görüşməyi qadağan etdi. Bundan sonra Qorio qızları ilə gizlicə görüşməyə başladı. Bu hadisələrdən sonra Qorio madam Vokerin sahibi olduğu pansiona yerləşdi (Əsər pansionun təsviri ilə başlayır). İlk öncə Voker ona ən gözəl otaqların birini verdi. Daha sonra onun pulunun azaldığını görən sahibə Qorionu kasıbların yaşadığı mərtəbədə yerləşdirdi. Bu pansionda çox insan qalırdı. Bunlardan bəziləri: Ejen de Rastinyak Mehmanxanada Qorioya ən yaxın adam o idi), Votrin, Poyret, Madam Kouture və Viktoriyadır. ( Rastinyak, ailəsinin yanından ayrılıb, Parisə təhsil almaq üçün gəlmiş gəncdir. Zəngin olmaq və tanınmaq arzusu ilə yaşayırdı. Votrin oteldə qalan qəddar həbsxana qaçqınıdı. Madam Mişonn otelin ən yaşlı müştərisidir. Poyretlə aralarında sevgi vardır. . Viktoriya ise anasını itirmiş və atası tərəfindən qəbul olunmayan gənc qızdı.Pansiondaki hər kəs Qorioya xüsusi hörmət bəsləyirdi. Lakin sonradan onun haqda xoş olmayan sözlər danışmağa başladılar. Rastinyakın özü də Qorio haqda pis şeylər düşünürdü. Bunun səbəbi
Qorio AtaHonore de Balzac · Qanun Nəşriyyatı · 201518,6bin okunma
Puan vermedi·490 syf.··
2024 63. kitabı
Martin gənc dənizçidi. İşləməklə bir o qədər də arası olmayan bu gənc daim macəra axtarışındadı. Günlərini gəmilər və meyxanələrdə keçirən dənizçi Martin İden tez-tez küçə davalarının iştirakçıSI olurdu. Belə qarşıdurmaların birində Martin Artur adlı zəngin birinin həyatını xilas edir. Artura sataşan küçə avaralarını yaxşıca əzişdirir. Bunun müqabilində Artur ona təşəkkür etmək üçün evlərinə nahara çağırır. Burada Martin Arturun bacısı Ruf ilə tanış olur. O, Rufu görür və uzun illər axtardığı qadını tapdığını düşünür. Martinin həyatı bu tanışlıqdan sonra dəyişməyə başlayır. O, Rufa aşiq olur. Arturun bacısı olan gənc qız ziyalı və olduqca bilikli idi. Bununla yanaşı mədəni davranışları ilə diqqət çəkən Rufu əldə etmək Martin üçün elə də asan olmayacaqdı. Bu səbəbdən Martin özünü inkişaf etdirməyə başlayır və ən az Ruf qədər ziyalı olmağı qarşısına məqsəd kimi qoyur. O andan etibarən yazar olmağı seçən Martin, bəlkə də, artıq Rufla evlənəcəyini də xayəl edirdi. O bu xəyalın gerçəkləşməsinin nə qədər çətin olduğunu və bu istəyin arasında böyük uçurumun olduğunu görürdü. Martin bu məqsədlə həyatında əməlli dəyişiklərə əl atır. Tüfeyli həyat tərzindən əl çəkərək filosofların düşüncə dünyasına səyahətə başlayır. Yazar olmağı qərara alır.Fəqət Martinin Rufa olan sevgisi onu hələ istənilən pilləyə yüksəltməmişdi. Üstəlik, Ruf onun əzmini və bacarıqlarını bilməsinə rəğmən ona inanmaqda çətinlik çəkirdi və Martinə davamlı iş axtarmasını tövsiyə edirdi. Bundan başqa, artıq yazarlıqda qərarlaşan Martinin heç bir yazısı uğur qazanmır və yayımlanmırdı. Ruf Martinin yazılarının bəyənilməməsini onun bir o qədər də istedadlı olmamasına bağlayırdı. Buna baxmayaraq, Ruf ona dərs verir və özünü inkişaf etdirməkdə köməkliyini əsirgəmirdi. Martin nə qədər çalışsa da özünün gənclik
Martin İdenJack London · TEAS Press · 0134,9bin okunma