Elmar Quluzade

Unutmaq istərəm!.. Özüm özümdən, Bir daha ayrılıb haçalanmayım. Gecələr yatıram bir fikirlə mən: Səni düşünməyim,səni anmayım!.. Bu elə qayğı ki, bu elə qəm ki, Azdırar yüz illik yolundan səni. Səhər də,axşam da, düşünürəm ki, Gərək düşünməyim heç zaman səni. Unudar fikirdə,xəyalda,təkcə Unutmaz ürəkdə.sevən-sevəni. Mən özüm-özümə unut dedikcə, Özümü unudub tapiram səni... “Unudum. -deyirəm,ancaq nə fayda!.. Yadimdan çıxmamış düşürsən yada. Eşqimin odunu söndürə bilmir, Qəzəbim sel kimi aşıb daşsa da. B.Vahabzadə
Şiir
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Uşaqlığımın bir gününü, bütün həyatıma dəyişərəm...
Məni candan usandırdı, cəfadən yar usanmazmı? Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? Qamu bimarinə canan dəvayi-dərd edər ehsan, Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı? Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən, Desəm, ol bivəfa bilmən, inanarmı, inanmazmı? Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım, Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı? Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su, Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı? Degildim mən sənə mail, sən etdin əqlimi zail, Mənə tən eyləyən qafil səni görcək utanmazmı? Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır, Sorun kim, bu nə sevdadır, bu sevdadən usanmazmı? Məhəmməd Füzuli
Şiir
Aldanma insanın gözəlliyinə Gözəllik insanın daxilindədir Xarici olsa da parlaq bir günəş Daxili bəlkə də, zülmət gecədir
Şiir
Pisliyə dəlalət eləyən ağıla lənət et. Ağılsızlıq bu ağıldan yaxşıdır.
Alıntı