Demek ki beni bir türlü sevemiyordu. Hakkı vardı. Beni hayatımda hiç, hiç kimse sevmemişti. Zaten kadınlar pek acayip mahluklardı. Bütün hatıralarımı toplayarak bir hüküm vermek istediğim zaman, kadınların hiçbir zaman sahiden sevemeyecekleri neticesine varıyordum. Kadın sevebileceği zaman sevmiyor, ancak tatmin edilmeyen arzulara üzülüyor, kırılan benliğini tamir etmek istiyor, kaybedilen fırsatlara yanıyor ve bunlar ona aşk çehresi altında görünüyordu.
Bütün bunların üstünde, ona yakın olmak, onun için bir şey olduğumu bilmek vardı:"Nasıl oluyor da bir insan diğer bir insanı bu kadar çok mesut edebiliyor?.. İnsanın içinde ne müthiş kuvvetlerin saklı olması lazım!"
Yalnız o, asıl aradığını bulamamakla beraber, bendeki diğer birçok tarafların kendisi için feda edilemeyecek kadar kıymetli olduğunu görüyor, bunun için, kendisinden uzaklaşmama sebep olacağını zannettiği şeyleri yapmaktan çekiniyordu.
İlk dəfədir ki,burda bir kitab üçün review paylaşıram.Kitaba başlayanda sadəcə uzun illərdir oxumaq arzusunda olduğum bir kitab kimi başladım, açığı çox da ümidli deyildim yazarın digər kitabı (İçimizdəki şeytan) qədər mənə toxunacağına.Amma yanılmışam) Kitabı bitirəndə sözün əsl mənasında,ondan ayrılmaq istəmədim.Sanki çox yaxın birisindən ayrılırmışam kimi bir təsir bağışladı mənə.
Kitabda baş qəhrəman Raif Əfəndidir(məncə Maria Puder də ən az onun qədər baş qəhrəmandır).Raif Əfəndi mənə "bizim cəsarətsiz tərəfimiz, səhlənkar tərəfimiz"miş kimi gəldi.Bu adam sanki həyatını axışına buraxıb,özü də o axına qapılıb gedir.Həyatdan tam olaraq nə gözləyir, ümumiyyətlə nəyisə gözləyirmi, burası müəmmalıdır.Şansı orda gətirir ki,onun qarşısına Kürk mantolu madonna çıxır-ona ,əslində həyatın nə demək olduğunu, yaşamağın necə bir şey olduğunu öyrədən Maria Puder.Mənim üçün sual olaraq qalan hissə odur ki, görəsən bunları Raif Əfəndiyə öyrədən həqiqətən bir qadın idimi?Yoxsa onun öz içində bəslədiyi sevgimi dəyişdi onu?Yəni biz həyatımızın hansısa bir dönəmində köklü bir dəyişim yaşayırıqsa,bu bizə təsir edən qarşı tərəflə nə qədər əlaqəlidir?Bəlkə də məsələ sadəcə "uyğun ruhu"tapmaq idi.Raif Əfəndinin ən böyük şansı o ruhu tapması idi.Məsələ məhz ruhun tapılması idi , bəli.Çünki bu tanışlıq tək Raif Əfəndiyə yox,Maria Puderə də yeni bir həyat yaratdı.
Əsərdə baş qəhrəmanı qınadığım iki yer oldu.Birinciyə görə bəlkə də əsərin sonunda fikrimi dəyişdim,amma ikinci ilə bağlı əsəbiyəm hələ də Raifə:)
1.Özünü öldürməsi haqqında fikirləri Maria'ya deyəndə Marianın onu "getmə,sən özünə nəsə edə bilərsən, yanımda qal "tərzində dediyi şeylər mənə sevgidən çox mərhəmət və "vicdan əzabından qorxmaq "kimi gəldi ilk anda.
2.Raif Əfəndi sonda öz qızının arxasınca getmədi... Onsuzda öz