Amma Nemət son vaxtlar özlüyündə balaca bir "kəşf" eləmişdi. Dünya əhalisini vahid bir insana bənzədib görmüşdü ki, elə onun da təxminən dörd faizi işləyir. Yəni, dörd faizi ağıllıdır, doxsan altı faizi nadan. Onun fikrincə, bu keçmişdə-insanların sayca az və savadsız olduğu dövrlərdə də belə olmuşdu, indi də belə idi. Beləliklə, hər dövrün özünə məxsus nadanları olurdu. Dörd faiz ağıllı adam qalan doxsan altı faizi öz xeyrinə idarə edə bilirdi həmişə. Yəqin uzaq gələcəkdə də bu cür olacaqdı. Dünya əhalisinin hamısı ali təhsil qazansa belə yenə o dövrün doxsan alt faizlik öz nadanları olacaqdı. Ali təhsilli nadanları..
daha
Əvvəllər şəkərbura ildə bir dəfə-həmin bu bayramda bişirilərdi.Uşaqlar da sevinərdi,böyüklər də..İndi elə deyildi.İlin bütün fəsillərində mağazalarda şəkərbura görə bilərdin.O sevinc isə yox idi.