"Byung-Chul Hana görə, iki baxış forması mövcuddur: "respectare" (məsafəli) və "spectare" (məsafəsiz, müdaxiləçi). Şəxsi həyatın ictimai mühitlərdə sərgilənməsi həm fiziki, həm də psixoloji məsafələri ortadan qaldırır. Rəqəmsal dünya insanlara məsafəli baxış imkanı vermir, əksinə, onları sərhədsiz və müdaxiləçi baxışa öyrəşdirir. Bu da toplumda ümumi məsafəsizlik yaradaraq hörmətsizliyə gətirib çıxarır. Byung-Chul Hana görə, məhz bu səbəbdən, müasir cəmiyyət skandal toplumuna çevrilir.