Nə qədər çalışsam da kitaba bağlana bilmədim. Bir çox səbəbi var. Məsələn Dorian Gray in təkamülü və dəyişməsinə diqqət yetirilsə də, digər personajların inkişafı kifayət qədər məhdud idi. Bəzi hissələr sadəcə xarakterlərin düşüncələri və söhbətlərinin ətraflı təsvirləri ilə doluydu, çox da diqqətəlayiq irəliləyiş yox idi. Ona görə də kitab yavaş tempdə və maraqsız şəkildə irəliləyirdi. Kitabın son 50-60 səhifəsindən sonunu təxmin eləmişdim sadəcə yarım buraxmamaq üçün oxudum. Oxumasam da nəsə dəyişməzdi deyə düşünürəm. Kitabın mənə qatqısı olmadı təəssüf ki