Görünür, böyük qorxu kiçik qorxuları əhəmiyyətsiz etdiyi kimi, bəzən başımızın üstünü alan ciddi təhlükənin sovuşması da təbiətimizdəki daha gözəl duyğuların meydana çıxmasına səbəb olur.
Elə bil ki, təbiət bizim, ən böyük kədərə düçar olduqda belə, əzəli və əbədi borcumuzun yaşamaq olduğu haqqındakı qanununu mənim şəxsimdə yerinə yetirməyə başlayırdı və mən müqavimətsiz olaraq özümü onun hökmünə verirdim.