Salam, bu gün sizinlə Stefan Zweigin "Şahmat" əsərinin təhlilini bölüşəcəyəm .
Əsərdə baş obrazın ağır psixoloji vəziyyəti çox aydın şəkildə işlənmişdir. Əsər insanlara tətbiq edilən mənəvi, psixoloji əzabın necə ağır bir əzab olduğu əks olunub. Bəzən psixoloji əzab elə ağır olur ki, fiziki əzab onun yanında heç nədir. Əsər də sırf bu psixoloji əzabın, insan beyninin nələrə qadir olduğunu görmək üçün çox yaxşı mənbədir.
Əsərdə baş obraz Dr B-dir. Bu obraz nasist düşərgəsində əzab çəkir. Amma fiziki əzablar yox, mənəvi, psixoloji əzablar çəkir. Oxuyan insanı, düşünən beyni məhv etmək üçün ən yaxşı əzab psixoloji şiddətdir. Bu obrazı da tək olacağı, heç bir insanla ünsiyyət qura bilməyəcəyini bir həbsxanaya həbs edirlər. Əlinə təsadüfən keçən bir şahmat kitabını dəfələrlə oxuyur. O öz əsarətindən mənəvi cəhətdən xilas olur, amma şahmatın əsarətinə düşür.
Onun bu əsarəti onu dəli edir. O qədər öz dünyasına çəkilir ki, artıq həbsxanada olanda belə öz-özünə iki insanla oynayırmış kimi oynayır. Heç şahmat daşları belə olmur, amma o xəyalında oynayır. Bu onun şəxsiyyət parçalanmasını çox gözəl əks etdirir.
Əsərdə digər bir əsas obraz Çentoviç obrazıdır. Bu obraz şahmat çempionudur. Özü şahmat oyununu o qədər yaxşı bilir ki, bu artıq onun üçün mexaniki bir prosesdir. Oyun oynayarkən robot kimi oynayır. Dr B ilə də əsas fərqi budur. Çentoviç alışıb buna, illərdir bu şahmat oyunu ilə məşğuldur. Dr B isə oyuna məcbur qalır, xilas olmaq üçün bağlanır oyuna. Dr B daha çox duyğusal yanaşır oyuna.
Əsərdə insan düşüncəsi, zehni fəaliyyəti çox gözəl işləmişdir. Müəllifdən oxuduğum ikinci kitab idi. Çox bəyəndim. Oxumağınızı tövsiyə edirəm .