O indi aydın başa düşürdü ki, heç bir zaman Rufu ürəkdən sevməmişdir. O, xəyalının yaratdığı nə isə ideal bir Rufu, səmalar xilqətini, poeziyasının ilham qaynağı olan nurlu və şəqətli bir obrazı sevmişdir.
Dünyada məhəbbətdən başqa hər şey gəldi-gedərdir. Məhəbbət addımbaşı büdrəyən və yıxılan cılız, eybəcər bir xilqət deyil, əsl böyük məhəbbətdirsə, heç bir zaman yolunu azmaz.
Sən dünyadan yazmaq istəyirdin, lakin dünya sənin üçün böyük bir müəmma idi, həm də sən nədən yazsaydın, öz nadanlığını bir dəfə də yenidən etmiş olardın!