Naila Ahmadova

Naila Ahmadova
@Eunoiasworld
Siçanlar və Adamlar
Puan vermedi
Qeyri-adi süjet xətti olan, acınacaqlı sonluqla bitən və məni düşündürən bir kitab oldu. Məşhur əsər olduğunu bilirdim, hətta tamaşalarda da nümayiş olunur. Ona görə mənim üçün maraqlı idi ki, necə kitabdır. Əsas məsələ odur ki, insan öz həyatını seçib, özünü qurtarmağa çalışmalıdır, yoxsa sevdikləri uğurunda çətinliklərə sinə gərməlidir? Beynimi qarışdıran və suallarla dolu bir əsər idi. Bu kitabı oxuyan insanların baxış bucağını da öyrənmək istərdim. Sizdə hansı hisslər oyatdı və nə mesaj aldınız? Siçanlar və Adamlar
Edebiyat
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 2024211,8bin okunma