-
Sağlıqlar deyildi çığır-bağırla,
Üşüyən qəlbinə girən oldumu?!
Gözündən qəlbinə düşən cığırla
Axan göz yaşını görən oldumu?!
Sağlıqlar uzandı, səhərə kimi
Çalıb-oynadılar, kef eylədilər,
Çırpıb pillələrə son ümidimi
"Vağzalı" üstündə dəfn eylədilər.
Son ümid!
O mənim gərəyim idi...
Yoluna şam tutdu neçə qız, gəlin.
Şam deyil,
o mənim ürəyim idi,
Son dəfə yanırdı yolunda sənin.
Getdin...
O köhnə yol nur yolu idi,
İzin düşən yerdə gül açmadı ki?
Özgəylə keçirdin o yolu indi,
Ayağın altından yer qaçmadı ki?
Bu yollar nə yaman vəfasız imiş,
Niyə çiliklənib tökülmədilər?
Düşüb qədəminə hər yoxuş, eniş
Niyə ürəyimə çəkilmədilər?..
Başına gül-çiçək səpdilər o gün,