Eldar Əfəndiyev

Eldar Əfəndiyev
@F_ndiyevE
Həkim-Rezident
Azərbaycan Tibb Universiteti
Asbach, Almaniya
Sumqayıt, 14 May 2000
43 reader point
Joined on January 2023
Sabitlenmiş gönderi
son gün.
Çimmək bu ötən həftələrdə heç bu qədər təravətləndirici olmamışdı. Külək heç belə ilıq əsməmişdi. Belə aydın parlamamışdı günəş. Bu son gündəki tək yox. Tətilin son günündəki kimi. Yay təravətinin son günündəki kimi. Qırmızı şərabın son qurtumu, sevginin son günü! Bir gün daha, bir qurtum daha, bir saat daha! Yarımca saat… Adam gərək ən dadlı anında dayansın.
Sayfa 125Kitabı okudu
Reklam
304 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 3 days
The Midnight Library
The Midnight LibraryMatt Haig
8.3/10 · 55.3k reads

Reader Follow Recommendations

See All
Mən böyüyəndə təlxək olacağam —
— adamlara gülməkdən başqa edə bildiyim heç nə yoxdur, mən də böyüyüb təlxək olacam, sirkə qoşulacam, doyunca güləcəm. - Sən işi səhv anlamısan Dill, təlxəklər kədərli olur, adamlarsa onlara baxıb gülür.
Sayfa 244Kitabı okudu
140 syf.
4/10 puan verdi
·
Read in 10 days
Kitabı heç vaxt üz qapağına görə alma.
Yaxşı ki, kitabı endirimlə 5 €-ya almışdım, yoxsa puluma yazığım gələrdi. Kitabla bağlı yaxşı tək cəhət: hekayənin mərkəzində real, hamımızın tanıya / gələcəkdə çevrilə biləcəyi, hər kəs tərəfindən unudulmuş, həyatda uğurlarından çox peşmançılığı olan, yalnız bir qoca kişi dayanır, hansı ki ömrünün qürub çağında bir dəfə də geriyə boylanır. Bəyənmədiyim: 1. Bu qoca kişinin həyatda payına düşən bədbəxtliklərin böyük hissəsinə layiq olmasına rəğmən yenə də gedişatda ona bəraət qazandırılması, halbuki o sevgidən yoxsun, eqoist, qəddar və cılız mərdiməzarın biridir. 2. Yazıçının qəhrəmanının dilindən özünün seksist, nasist, rasist, homofob, islamofob fikirlərini səsləndirməsi və bu fikirlərin əsərin gedişatında qətiyyən özünütənqidə məruz qalmadan oxucuya mütləq həqiqətlər kimi təqdim olunması. Ən çox da bəyənmədiyim obrazın real Almaniyada geniş yayılmış prototiplərinin olmasıdır. Onlar aramızdadır və çoxalırlar. Və onlar haqlarında yazılmış şirin bir üz qapağı olan romantik bir romana layiq deyillər. Kitabın üz qapağı və annotasiyası məni çox aldatdı. Ən böyük xəyal qırıqlıqlarımdan biri oldu bu əsər. Yaxşı ki populyar deyil.
Herr Jonas Erwartet Besuch
Herr Jonas Erwartet BesuchRainer Mauelshagen · ‎Books On Demand · 01 okunma
414 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.