Gönderi

140 syf.
4/10 puan verdi
·
Read in 10 days
Kitabı heç vaxt üz qapağına görə alma.
Yaxşı ki, kitabı endirimlə 5 €-ya almışdım, yoxsa puluma yazığım gələrdi. Kitabla bağlı yaxşı tək cəhət: hekayənin mərkəzində real, hamımızın tanıya / gələcəkdə çevrilə biləcəyi, hər kəs tərəfindən unudulmuş, həyatda uğurlarından çox peşmançılığı olan, yalnız bir qoca kişi dayanır, hansı ki ömrünün qürub çağında bir dəfə də geriyə boylanır. Bəyənmədiyim: 1. Bu qoca kişinin həyatda payına düşən bədbəxtliklərin böyük hissəsinə layiq olmasına rəğmən yenə də gedişatda ona bəraət qazandırılması, halbuki o sevgidən yoxsun, eqoist, qəddar və cılız mərdiməzarın biridir. 2. Yazıçının qəhrəmanının dilindən özünün seksist, nasist, rasist, homofob, islamofob fikirlərini səsləndirməsi və bu fikirlərin əsərin gedişatında qətiyyən özünütənqidə məruz qalmadan oxucuya mütləq həqiqətlər kimi təqdim olunması. Ən çox da bəyənmədiyim obrazın real Almaniyada geniş yayılmış prototiplərinin olmasıdır. Onlar aramızdadır və çoxalırlar. Və onlar haqlarında yazılmış şirin bir üz qapağı olan romantik bir romana layiq deyillər. Kitabın üz qapağı və annotasiyası məni çox aldatdı. Ən böyük xəyal qırıqlıqlarımdan biri oldu bu əsər. Yaxşı ki populyar deyil.
Herr Jonas Erwartet Besuch
Herr Jonas Erwartet BesuchRainer Mauelshagen · ‎Books On Demand · 01 okunma
·
251 views
Aytac Yusifova okurunun profil resmi
Qocaları sevməməkdə halqı olduğumu bir daha anladım
Eldar Əfəndiyev okurunun profil resmi
Canım, indi bütün qocaları sevmirəm deyə bir şey yoxdu, təbii ki, amma mənim şirin yalnız bir qoca ilə qarşılaşma ümidilə aldığım kitabda nasist qoca kaftarla qarşılaşma şokum ???
1 next answer
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.