Başa düşdüm ki, insanları isidən şey, isti bir otaqdan çox, səmimi münasibətlərdir. Insanları isidən həmin isti otaqda qalmaq yox, birlikdə soyuqda donmağı gözə ala bilməkdir. Başa düşdüm ki, çörəyi dadlı edən təkcə onun duzu, xəmiri yox, həm də onu bişirənin əlinin zəhmətidir. O əlin zəhmətinin dəyərini bilməlisən. Həmin zəhməti dəyərləndirə bilməzsə insan, nə dadı bilinər, nə də keyfiyyəti. Yavaş-yavaş anladım ki, əlimizə batan tikanlar deyil, ürəyimizə ilişən tikanlar bizi həmişə narahat edir.