Farida Mazanova

Farida Mazanova
@Faridaaaa
Fəlsəfə
Əziz fəlsəfə sevdalıları, hər birinizi 10 avqust 21:00-da dəyərli filosof Müşfiq Ötgün ilə yazıçı Uraqan Abdullayev arasında baş tutacaq müzakirəyə dəvət edirik. Müzakirə zoom proqramı vasitəsilə online baş tutacaq. Qoşulun ki, ruhunuz qidalansın. Qoşulun ki, biliklərinizi güncəlləyə biləsiniz. Və qoşulun ki, öz dəryanızda yeni üfüqlərə yelkən aça biləsiniz. Qoşulan şəxslərdən 2 nəfərə hədiyyə olunacaq kitablar: 1. Müşfiq Ötgün - "Sadəliyin Dözülməz Gözəlliyi" 2. Uraqan Abdullayev - "Allahsızlar Şəhəri" Müzakirəni izləyib öz suallarınızı verə bilmək üçün aşağıdakı linkə qoşulun. chat.whatsapp.com/GK9BXsQChzn1qvD...
Felsefe-Düşünce
Farida Mazanova
Əla👌♥️
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Nəhayət ki...
Dünən "Cəhənnəmin Xəritəsi" kitabını bitirib "Libraf" kitab müsabiqəsinə yolladım. İçindəki hekayələrin bir çoxunu teatrda işlədiyim vaxtlar rejissor müəllimimə göstərmiş olsam da, bəyənməyib hərəsinə bir mız qoyurdu. Bu vaxta qədər davam etmişdi ki, "Allahsızlar Şəhəri" kitabını müəllimim qarşısına qoymuşdum. Bax onda o, təslim olmuşdu. Lakin onun bəyənmədiyi hekayələri atmadım, doğmadı, saxladım. Saxladım ki, oxucuların qarşısına çıxaracağım günü gözləyim və deyim ki: "əziz oxucular, müəllimim bəyənmədi, bir də sizlər baxın görün necədir?" Neçə illərdir üzərində işlədiyim kitabı nəhayət ki, whatsappdakı "Aktiv oxucular" qrupu sayəsində bitirə bildim. Çətin, amma maraqlı bir səyahət oldu mənim üçün. Bu müddət ərzində əməyi keçən hər kəsə, başda Redaktorum Xan Abdullaya, Korrektorum Sitarə Abbasovaya, eləcə də kitabı oxuyub gözdən yayınan səhvləri bildirən bütün oxucularıma öz təşəkkürlərimi bildirirəm. Kitabın zövqünüzcə olacağından əmin ola bilərsiniz. 300 səhifədən çox olsa da, kitaba nə zaman başladığınızı və nə zaman bitirdiyinizi hiss etməyəcəksiniz. Bircə kitabın sonlarına çatanda beyinlərinizi bir qədər əziyyətə salmış olacağam. Kitabda şeytanın da dediyi kimi, "siz insanoğlu beləsiniz, çətinlik görən kimi qaçmağa meyillisiniz. Amma Quran kitabında da deyildiyi kimi "şübhəsiz hər çətinlikdə bir mükafat vardır. Siz bilmirsiniz." Sözsüz ki, bu kitabdan seçmiş olduğum cümlələri hissə-hissə sizlər üçün paylaşacağam. Bu kitabda öz səhvlərimlə sizi baş-başa qoymuşam. Kənardan baxılarkən mələk kimi görünən yazıçıların da çox böyük səhvləri ola bilir. Bu səhvləri etiraf edə biləcək cəsarəti neçə nəfər özündə tapa bilər ki, onu ədəbiyyata çevirə bilsin? - Bəli, bu mənəm... Uraqan Abdullayev . 👌
Duygu ve Düşünce
Farida Mazanova
Uğurlar♥️♥️