Leman Abas

İnsan güc-bəla ilə bir şeyə nail olan kimi dərhal ikincinin arxasınca qaçır. Ümumiyyətlə isə heç kəs mədəsinin tutumundan artıq yemək iqtidarında deyil
Reklam
Bizim bədənimiz kalsiuma və fosfora ehtiyac duyur, ruhumuz isə təqdir və iltifata
Qələmdən yapışmayınca yazmağı öyrənə bilməzsən. Bir çox işlərdə olduğu kimi, bu işdə də çox götür-qoy etmədən, uzun-uzadı düşünmədən suya atılmaq lazımdır. Yoxsa bütün ömrün boyu tərəddüd içində qalacaqsan. Mən istedadı şübhə doğurmayan bir çox adamlar tanıyırdım – onlar ömürlərinin sonuna qədər elə sahildə durub qaldılar və ölənəcən, bəlkə, min dəfə özlərindən soruşdular: «Görəsən, gücüm çatarmı?» Əgər yorulmaq bilmədən nəyəsə cəhd etsən, nəyəsə can atsan, güc mütləq tapılacaq. Çünki növbəti addım – inadkarlıqdır. Başladığın işi sona çatdırmaq barədə öz qarşında and içməlisən.
Beşik necə işıqlı!.. Qəbir necə qaranlıq!.. Doğulduq – qarşımızda uzun bir yol, tükənməz! Böyüdük – nə yazıq ki, uşaqlıq geri dönməz. Qocalıqda yanırıq gəncliyin ötdüyünə, Öləndə də – həyatın ömürlük bitdiyinə!.. Bəs hardadır səadət, harda? – sordum əlbəəl. – Onu sənə bəxş edən Tanrı idi, ay əfəl! Bəli, onu, bu səadəti sizə, sadəcə, bəxş etmişdilər, lakin o, vur-tut böyük bir aldanışdır –
Çapır xatirələr, çapır dördnala, O yasəmən rəngli gözlərə sarı. Alıb qanadına gözəl arzular Uçurur ruhumu göylərə sarı. V.Hüqo
Reklam