Leman Abas

Hanı o adam ki, vaxtı, heç olmasa, müəyyən qədər, lap az da olsa, qiymətləndirir, hər günün üstündə əsməyi bacarır və vaxtın onu anbaan ölümə yaxınlaşdırdığını dərk edir?.. Biz həyatı sabaha saxladıqca, o ötüb-keçir. Heç nə bizə vaxt qədər, vaxt dərəcəsində məxsus deyil; vaxt – bizimdir və biz qarşımıza çıxan elə ilk adamaca imkan veririk ki, bizə məxsus olan bu yeganə və tezsovuşan var-dövlətimizi işğal etsin
Reklam
Qumarbazın, yaxud bədxərcin borclarını ödəməklə xeyirxah adam yalnız var-yoxdan çıxa bilər, amma xilas etməyə çalışdığı israfçılara əsla kömək edə bilməz. Sevmədən və yalnız yazığı gəldiyi, acıdığı üçün evlənən adam həm özünü, həm də ömür-gün yoldaşını bədbəxtliyə məhkum edir. «Mənim qardaşlarım, sərt olacağıq» – Nitsşe deyir. Filosofa kiçik bir düzəliş edək: «Mənim qardaşlarım, sərt olmağı bacaraq»; ifadə o qədər də gözəl səslənməsə də, əvəzində daha insani olacaq
Hər şeyi anlamaq – deməli, hər şeyi bağışlamaq deməkdir». İnsan hisslərini ideallaşdıran, hər şeydə gözəllik axtaran bu adamlar yalnız elə bağışlamaqla və bir-birinin ardınca qurbanlar verməklə məşğuldurlar. Onlar yalnız özlərini qurban etsəydilər, bəlkə, davranışlarında bir paklıq, bir müqəddəslik olardı. Lakin adamlar müqəddəslərlə yaşamaq üçün yaranıblar və mərhəmət bağışlanmaz olur, çünki o, mərhəmət göstərilən adama ciddi ziyan vurur, sağalmaz xətər yetirir. Son dərəcə
«Nə baş verirsə versin, – gənc birisi bildirir, – mən filan-filan hərəkətlərə ömründə yol vermərəm…» Siz onunla otuz ildən sonra görüşün və görəcəksiniz ki, məhz elə yol verməyəcəyi həmin hərəkətlərə yol verib.

Leman Abas

, bir kitap okudu
9/10
·240 syf.·
Beğendi
·
2020 10. kitabı
Andre Maurois
8.5/10 · 60 okunma
Reklam