Sevgi elə bir hisdir ki, səni aparacağı yeri bilməzsən, getdiyin yolu görməzsən. Gözü bağlı aparar səni. Baxsan da yolun sonu görünməz. Geriyə dönsən də gəldiyin yeri görə bilməzsən...
Görmədiyin o yolda çuxura da düşərsən, tikanlı yerlərdən də keçərsən, onca acılara rəğmən yenə vazkeçməzsən. Susuz səhranın uzun yolu kimi bu yol səni haldan salar, getdikcə yolunu itirmiş halda tənhalaşarsan. Ən sonunda ya yarı yolda qalarsan, ya da sonu uçurum olan yerə gəlib, çıxarsan. O yolun sonunda gül baxçasını talanlar da oldu. Amma nağıllar da.