Bəzən qaçmalısan ki, ardınca kimin qaçacağını görəsən.Bəzən asta danışmalısan, əslində kimin səni dinlədiyini görmən üçün.Bəzən bir addım geri atmalısan, kimin hələ də sənin tərəfində olduğunu görmək üçün.Bəzən yalnış qərarlar verməlisən, hər şey məhv olan zaman kimin səninlə olduğuna baxmaq üçün.Bəzən sevdiklərini buraxmalısan, sadəcə səni geri dönəcək qədər sevirlərmi görmək üçün…🩶
Aqşin Yenisey yazır:
Heç bir müqəddəs kitab göndərməyən, göndərilən bütün müqəddəs kitablardan əvvəl yazının sirrini bilən Misirin yazı tanrsı Tot firon Tamesə deyir ki, uşaqlarınıza yazı yazmaq öyrədin.
Firon etiraz edir: uşaqlarımız yazı yazmağı öyrənsələr hər şeyi yazacaqlar, heç nəyi yaddaşlarında saxlamayacaqlar.
Uşaqlar yazı yazmağa başlasaydılar canlı yaddaş yox olacaqdı.
Canlı yaddaş nədir? Şəxsiyyətin təməli! Bu elə təməldir ki, sonradan heç bir yazı onu uçurub dağıda bilmir.
Və bu təməl uşaqlıqda, ailə mühitində atılır. Təhsil şəxsiyyətin formalaşmasında kosmetik rol oynayır. Təhsilin şəxsiyyət yetişdirmək gücü olsaydı, dünyada millət, xalq anlayışları zamanla əriyib yoxa çıxardı.
Dünyanın müxtəlif ölkələrində məktəbdə eyni şeyləri öyrənən uşaqlar canlı yaddaşlarını itirib eyni şəxsiyyətlərə çevrilərdilər. Amma bu baş vermir, əksinə, təhsil sistemləri canlı yaddaşın üzərində qurulur, ailənin uzantısına çevrilir.
Demək ki, islahatları ailədə aparmaq lazımdır. Uşaq evdən məktəbə mədəniyyət gətirməlidir. Bizdə tam əksinədir, ömrü boyu kitab üzü açmayan valideynlər gözləyir ki, uşaq məktəbdən evə mədəniyyət gətirsin.
Belə bir şey mümkün deyil. Çünki uşağın canlı yaddaşında mədəniyyətə aid bir şey yoxdursa, yazıb-oxumaq onu ancaq savadlı "bicbala"ya çevirəcək.
Sinqapurlu pedaqoqlar "Düşünən məktəb, öyrənən xalq" şüarıyla çox yəqin ki, bunu demək istəyirdilər.
Kimsənin həyatında məcburi insan olmayın.Nə dost,nə də sevgili kimi.Sizə ehtiyacı olan insan sizin yanınızda olar✔️Deyilsə demək ki,lazım deyilsən ona...İnsan ehtiyacı olan yerdə olur hər zaman bunu unutmayın!