🤍Bir az zaman keçincə hər şeyi unudacaqsan,bir az daha keçəndə hər şey səni unudacaq. Bütün qazanmışlıqlar və məğlubiyyətlər. Hamısı unudulacaq. Hər şey bitəcək. Zaman yıxıcılığı ilə bilinir. Necə olur bilirsən? "Adını bilən son insan da öldüyündə heç doğulmamış olacaqsan.
Mesaj yazdığınız adam mesajınıza 5 saat sonra cavab verirsə, bilin ki, bu adam sizə hörmət qoymur. Bunun məşğul olmağı ilə bir əlaqəsi yoxdur. Məşğul olan adam yazar ki, danışa bilmirəm, məşğulam. Əgər yazmırsa, başa düşün ki, öncəliyi siz deyilsiniz, qadınlar həyatlarında öncəlik kimi gördüyü kişiləri arxa plana atmaz. Siz hardasa B planında, çantada kəklik tipində bir yerlərdəsiniz. Əmin olun və təkrar yazıb nə özünüzü narahat edin, nə də qarşı tərəfə özünüzü bu şansı tanımayın.
Uraqan
Bəzi şeylər vardır ki, onları məntiqinlə çözə bilməzsən. Qəlb gözü ilə baxa bilməlisən. Əgər o göz yoxdursa səndə hər zaman qarşındakı insanda məntiq xətası axtarmağa çalışacaqsan. Dediklərim qalacaq bir qıraqda, gəlib deyəcəksən ki, bizim dilimizdə "çözmək" yoxdur, həll etmək sözü var. Bunun adı "yalançı intellektuallıqdır".
Yeni bilgi öyrənmək istəyən adam gərək əvvəlki bilgi və təcrübəsini unutsun. Yoxsa köhnə bilgilər sənə icazə verməz ki, nəsə öyrənəsən. Bu, içi buz kimi olan çay stəkanının üzərinə bahalı şərab qatıb içməyə bənzər. Dadına başqa bir maddəyə qarışacaqsa onun gerçək ləzzətini heç zaman duymayacaqsan.
Uraqan