İnsanlar sizə düşündüyünüzdən daha az diqqət edir. Ancaq insanlar düşünür: "Hər kəs mənə baxır". Və bu səbəbdən ətrafdakıların düşüncələrinə uyğun şəkildə rəftar edirlər ☂️
Həyat bütün
çətinlikləri, xəstəlikləri, ölümü, müsibəti ilə birgə həyat hesab olunur. Həyat yalnız sağlamlıq və kef içində yaşamaq deyil. Həyat gecə və gündüz, başlanğıc və sonun cəmidir
Mən həmişə fikir vermişəm ki, başqalarını dolayan insanlar, yaxud nəyisə qınayan insanlar nədən və kimdən danışdıqlarını özləri belə anlamır. Mövzuya hakim olmadıqları üçün qınadıqları hadisələrə tənqidi gözlə yanaşmağa başlayırlar. Halbuki özləri də fərqində deyillər ki, tənqid adlandırdıqları şey böyük bir boşluqdan ibarətdir. İçi boş olan zarafatlar, içi boş olan eqo və dərin bir narahatlıq...
Uraqan