Fatimə

FİTNƏ ŞƏRAİTİNDƏ VƏZİFƏLƏR (Ayətullah Xameneinin çıxışlarından)
Əks təqdirdə, malımızdan,canımızdan, hörmətimizdən qorxu, düşmən qarşısında sükut, şəraitdən qorxu - əgər bu sözü desək, bizə qarşı çıxarlar; əgər bu sözü desək, bizə filan ləkə yapışar - bu qorxular insanın dərkini də pozur. Bəzən insan bu qorxulara və belə mülahizələrə görə məsələni düzgün anlamır, düzgün dərk və həll edə bilmir və səhvə düşür. Odur ki, "Allahdan başqa heç kəsdən qorxmazlar" məsələsi çox mühüm məsələdir. "O kəslər ki, Allahın risalətini təbliğ edər, Ondan qorxar və Allahdan başqa heç kəsdən qorxmazlar. Allah özü haqqhesab çəkməyə kifayətdir".(Əzhab/39) Bu şərafətli ayədən bəlli olur ki, təbliğin şərti qorxmamaqdır: "Allahdan başqa heç kəsdən qorxmazlar".
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
MÜBARƏK AŞURA MEHİ
Baş yarmaq da belədir. Baş yarmaq da səhv işlərdəndir. Bilirəm, bəziləri deyəcəklər ki, filankəs baş yarmağın adını çəkməməli idi. Deyəcəklər ki, sizin baş yarmaqla nə işiniz var; bəziləri yarırlar, qoyun yarsınlar. Xeyr, bu səhv işin qarşısında sükut etmək olmaz. Əgər müharibədən sonrakı son 4-5 ildə baş yarmağı yaydıqları və indi də bu işlə məşğul olduqları kimi, imamın mübarək həyatı dövründə də belə etsəydilər, şübhəsiz, o bu məsələyə etirazını bildirərdi. Bəzi insanların əllərinə xəncər götürüb başlarına vurmaları və qan tökmələri səhv işdir. Nə üçün belə edirlər? Bu hərəkətin harası əzadarlıqdır? Bəli, əllə başa vurmaq bir növ əzadarlıq əlamətidir. Siz dəfələrlə görmüsünüz ki, müsibətə düçar olan şəxslər öz başlarına və sinələrinə vururlar. Bu, normal əzadarlıq əlamətidir. Amma siz indiyədək harada görmüsünüz ki, kimsə ən əzizinin müsibətinə görə xəncərlə öz beyninə vursun və başından qan axıtsın?! Bu işin harası əzadarlıqdır?! Baş yarmaq qondarma ənənədir.
MÜBARƏK AŞURA MEHİ
Mən çox təəssüflə deməliyəm ki, son 3-4 ildə məhərrəm ayının əza mərasimində bəzi əllərin bizim cəmiyyətimizdə yaydığı səhv hallar müşahidə olunur. Kimlərsə elə işləri adət halına salıb yayırlar ki, onları görən hər bir adamda sual yaranır.Misal üçün, qədimdə avam insanlar arasında belə bir adət vardı ki, əzadarlıq zamanı öz bədənlərinə qıfıl vururdular.Düzdür, bir müddətdən sonra böyüklər və alimlər onu qadağan etdilər və bu səhv ənənə götürüldü. Lakin indi yenidən bu adəti bərpa etməyə başlayıblar. Eşitmişəm ki, ölkənin bəzi yerlərində bəzi adamlar öz bədənlərinə qıfıl vururlar. Bu çox səhv işdir. Onlar nə üçün belə edirlər?
MÜBARƏK AŞURA MEHİ
Son zamanlar ziyarət məsələsində qəribə və yeni bir bidət də yaratmışlar. İmamların pak qəbirlərini ziyarət etmək istəyəndə məqbərənin həyət qapısından daxil olan kimi üzü üstə yerə uzanır və sürünə-sürünə qəbrə sarı gedirlər. Siz bilirsiniz ki, Peyğəmbərin (s), İmam Hüseynin (ə), İmam Sadiqin (ə), Musa ibn Cəfərin (ə), İmam Rzanın (ə) və digər imamların pak qəbirlərini Mədinədə, İraqda və İranda hamı, o cümlədən böyük alim və fəqihlər ziyarət edirdilər. Nə zamansa eşitmisinizmi imamların, yaxud alimlərin hansısa ziyarət etmək istəyəndə qapıdan girən kimi özünü sürünə-sürünə qəbrə çatdırsın?! Əgər bu iş xoşagələn, müstəhəb, məqbul və yaxşı olsaydı, böyüklərimiz edərdilər, amma etməyiblər.
MÜBARƏK AŞURA MEHİ
Kitablarda təkrar-təkrar yazıldığına əsasən, Aşura gününün hadisələrini nəql edən rəvayətçi deyir: “And olsun Allaha ki, məksur görmədim”. "Məksur" - başına qəm-qüssə ələnən, uşağı ölən, dostları məhv olan, sərvəti əldən çıxan və bütün bəlalara düçar olan şəxsdir. Rəvayətçi deyir ki, mən dörd tərəfdən müsibət içərisində olan heç kəsi Hüseyn ibn Əli (ə) kimi möhkəm görmədim. Müxtəlif döyüş meydanlarında, ictimai və siyasi işlərdə insan müxtəlif adamlarla rastlaşır. Bəzi şəxslər müxtəlif qəmlərə düçar olmuşlar. Rəvayətçi deyir ki, belə bir halda və bütün bu müsibətlərdə olan heç kimi Hüseyn ibn Əli (ə) qədər şad, qərarlı, əzmkar, iradəli və Allaha təvəkkül edən görmədim. Bu, sözügedən ilahi izzətdir. Bu cərəyanı İmam Hüseyn (ə) tarixdə yaratdı və bəşər anladı ki, belə bir hökumət və cəmiyyət üçün mübarizə aparmalıdır; elə bir cəmiyyət ki, onda insan aşağılığı, təhqiri, əsarəti və ayrıseçkilik olmasın. Hamı belə bir cəmiyyət üçün cihad etməlidir. Belə cəmiyyət yaranmalıdır, yaranır və mümkündür.