Oxuduğum fərdi inkişaf kitablarının bəlkə də ən yaxşısı idi. Həqiqətən möhtəşəm kitabdır. Hər kəsə şiddətlə tövsiyə edirəm. Kitabda o qədər gözəl hissələr var idi ki, az qalsın bütün kitabı qeyd kimi götürəcəkdim)) Kitabı adicə oxumaq belə insana motivasiya, həyatda var olma sevinci verir. Əgər kitabda yazılanları həyatımıza tətbiq etməyi bacarsaq əminəm ki, çox uğurlu insanlardan ola və ən əsası özümüzün əsl potensialını kəşf edə bilərik. Və bunu da nəzərə alaq ki, kitabda oxuduqlarımıza əməl eləmək çox asandır. Sadəcə oxuyub, dərk eləmək və reallığı qəbul etmək lazımdır.
Bu kitabı ən çox da həyata küsgünlüyü, özünə inamsızlığı olan və qarışıq düşüncələr içərisində boğulan insanlara tövsiyə edirəm. Şəxsən mənim həyatımda böyük dəyişikliklərə səbəb oldu və inanıram ki, oxuduqlarıma daha da yaxşı əməl etməklə daha böyük uğurlara nail olacam. Ən əsası da mənəvi rahatlıq və xoşbəxtlik... hansı situasiyada oluruqsa olaq))