Parvana

Parvana
Gəlin, mümkün qədər qısa yazaq. Onsuz da həyatda söz əlindən tərpənmək olmur)

Parvana

, bir kitap okudu
3/10
·200 syf.··
2022 7. kitabı
Miraç Çağrı Aktaş
8/10 · 7,8bin okunma
Reklam
Somalili modelin acınacaqlı həyatı...
7/10
·344 syf.··
2022 2. kitabı
Təsirlənərək oxuduğum roman oldu deyə bilərəm Qəhrəmanımız elə yazıçının özüdür. Somalili model Varis Dirie. Gerçək həyatdan və hadisələrdən bəhs edən bu kitabı, hiss edərək və çox çətinliklə oxudum. Deməli hadisələr ilk olaraq Afrikada cərəyan edir. Balaca qız uşaqlarının 4-5 yaşlarında "qız sünnəti" olmaları adətinin yerinə yetirilməsi Varisdən yan keçmir. Qeyd edimki bu adət hələ də bəzi Afrika ölkələrində qalmaqdadır. Atası varisi 13 yaşına çatdığı zaman bir neçə dəvə qarşılığında 60 yaşlı kişiyə verməyə hazırlaşır. Varis bundan xəbər tutan kimi evdən qaçır və bir neçə ildən sonra həyat onu Londona gətirib çıxarır və elə buradaca çətinliklə olsa da şöhrətə yüksəlir... Kitabın əsas yazılma səbəbi dünyanın diqqətini Afrikada hələ də var olan bu dəhşətli adətə çəkməkdir. Qadınların, qızların hələ qızcığazkən dünyəvi həzlərə həsrət qoyulması, güya kişilərin təcavüzündən qorumaq üçün edilən bu iyrənc adət onların həyatını məhv etmək üçün başlıca səbəbdir. Hətta bu acıya tab gətirə bilməyən 4-5 yaşlı qızcığazlar qan itkisəndən ölürlər də. Və bunu edən cahil topluma görə , "sünnət" olunmuş qadını ancaq öz həyat yoldaşı bıçaqla qadının cinsiyyət orqanını aça bilər. Və bu da güya bakirəliyin rəmzi sayılır. Varis də illər boyu böyüdükcə çox əziyyət çəkir. Acılar içində qıvranır. Bu "qız sünnəti" ona da qəribə gəlir və mənasız sayır amma başqa yolu yoxdur. Kiçik yaşlarında zorlandıqdan sonra "sünnət" olan Varis daha sonra bunun özü üçün həll yolunu tapır... Kitabın necə bitdiyinin fərqinə varmadım belə. Hadisələr o qədər insanı çəkir ki, oxuduqca oxumaq istəyirsən. Bəlkə də gerçək həyata şahidlik etdiyim üçün bu qədər çəkdi məni özünə. Düzünü desəm çox heyrətlə oxudum. Belə bir adətin hələ də qalması məni xəyal qırıqlığına uğratdı. Amma sonunu oxuduğum zaman rahatlıq
İnsan ve Duygular
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 201411,7bin okunma
Dinlədiyim ilk səsli kitab)
10/10
·368 syf.··
2022 6. kitabı
·
16 günde okudu
·
Okunma: 01 Mayıs 2022 18:55
Bu kitab Koreya ədəbiyyatından dinlədiyim ilk səsli kitab oldu( kitabı Dinlebi proqramından pulsuz şəklidə dinləmişəm) Düzünü desəm hardan necə başlayım heç bilmirəm. Kitabda qorxu-gerilim demək olarki ifrat dərəcədə hiss edilmir. Bütün hadisələr aramla baş verir. Kitab çox axıcı şəkildə irəlilədi mənim üçün. Baş qəhrəmanımız Yucin Han səhər oyanır və anasını qanlar içində görür və hadisələr elə burdan başlayır. Psixoloji problemi olsada Yucin mənə heç də itici xarakter olaraq gəlmədi) Əslində çox marağımı çəkdi. Onun düşüncələri, özü ilə monoloqları, səsli olmayan düşüncələri, verdiyi cavablar bu kitabı yaxşıki dinlədim deyə biləcəyim nüanslardan oldu. Sevmədiyim xarakter onun xalası oldu) bilmirəm niyə amma günahkar, psixoloji sarsıntılar keçirən Yucin olsada, xalasını sevə bilmədim. Və kitabdaki heç bir hadisə kitabın adıyla uyğun gəlmir, "yaxşı övlad" a dair bir mövzuya rast gəlmədim. Kitabı şiddətlə oxumağınızı tövsiyə edirəm. Həyəcanı və qorxunu aramla yaşayacağınız bir kitab olacağına əminəm. Mən sevdimsə demək ki siz də sevəcəksiniz bu kitabı :) Öncəliklə kitabı tövsiyə edən @flower_0000 , Kitabı pulsuz şəkildə dinləmək üçün hədiyyə etdiyinə görə admiral914 , və Dronqo təşəkkür edirəm)
Korku-Gerilim
İyi EvlatYou-jeong Jeong · Doğan Kitap · 2021162 okunma

Parvana

, bir kitabı yarım bıraktı
%45 (176/384 syf.)
Müşfiq Xan
9.3/10 · 85 okunma