Fidan Firidunlu

Fidan Firidunlu
"Yıkılmak üzere bina yükselt ve ölmek için doğur"
Fatimə Fatimədir!
Mən də Fatiməni (ə) bir neçə kəlmə ilə təqdim etmək istədim. “Fatimə böyük Xədicənin qızıdır” dedim,kifayət etmədi.“Fatimə Məhəmmədin qızıdır” dedim, kifayət etmədi. “Fatimə Əlinin xanımıdır” dedim, kifayət etmədi. “Fatimə Həsən və Hüseynin anasıdır” dedim, kifayət etmədi. Bütün deyilənlər az oldu və qərara gəldim ki, Fatimə Fatimədir!
Etimoloji Defteri
Mücellit Nedir ?
Ataya necə qız olmalı? Ərə necə yoldaş olmalı? Övladlara necə ana olmalı? Cəmiyyətdə necə qadın olmalı? Fatimə (ə) bütün bu suallara cavabdır. O, özü bir imam, rəhbərdir. Yəni dünya qadınları üçün misilsiz bir ideal!
Yeganə yol intihardır...
İnsan “azad” olmaq istədi. Amma bu azadlıq yalnız bütün ictimai bağlılıqların qırılması hesabına əldə edildi. Başqalarından asılı olmaq istəməyən insan, əslində, tənhalığı seçmişdi. Daim azad bir ada axtaran insan bu adanı tapdı, amma o adada tənha qaldı! Əlbəttə ki, ada bir misaldır. İndi qərbdə milyonlarla “azad” və tənhalaşmış insanlarda “ada əhval-ruhiyyəsi” hökm sürür. Sevməyə, sevilməyə, əl tutmağa, kimdənsə kömək almağa, ailə qurmağa, övlad böyütməyə olan ruhi maraqlar öldükcə, insan da ölür və onun üçün yeganə yol intihardır!
Həzrət Əli (ə) buyurur: “Zülmün yaranmasında iki şəxs məsuliyyət daşıyır: zalım və bu zülmü qəbul edən şəxs”. Bu iki şəxsin həmkarlığı sayəsində zülm yaranır. Zalım havaya zülm edə bilməz. Zülm çəkic və zindan arasında döyülən dəmir parçasıdır. Əgər zindan, yəni zülmü qəbul edən yoxdursa, hansı zülmdən danışmaq olar?!Təkcə zülm yox, bütün çarəsizliklər həmkarlıqdan doğur (rüşvəti verən yoxsa, kim alacaq?). Cəmiyyəti şikəst edən təkcə zalım hakim yox, eləcə də əzilən cəmiyyətdir.

Fidan Firidunlu

, bir kitap okudu
10/10
·296 syf.·
Beğendi
·
2025 6. kitabı
Ali Şeriati
8.8/10 · 1.436 okunma