Fidan Firidunlu

Fidan Firidunlu
"Yıkılmak üzere bina yükselt ve ölmek için doğur"
40 okur puanı
Ağustos 2023 tarihinde katıldı
10/10
·196 syf.··
Beğendi
·
2026 4. kitabı
Öpəsən bu kitabı, basasan bağrına... Tez alışdığım bu dünyadan(kitabı nəzərdə tuturam) ayrılmaq çətin gəldi. Sanki Binyaminin yanında idim. Onunla güldüm, ağladım, əsəbləşdim, düşündüm. Hələ məsləhət də verdim)) Hər hekayənin sonu xoşbəxt bitəcək deyə bir şey yoxdur. Ancaq xoşbəxt sonluqlu hekayələr insana gözəl hiss verməz. Bəzən də bu cür ayrılıqlar insana ləzzət edir. İnsan özünü insan kimi hiss edir. Necə ki, Binyamin də Nəstərənin hicranını vüsalından çox sevirdi. Binyaminə çox böyük hörmətim yarandı oxu müddətində. Nə yaxşı ki, o bunu qoruya bildi. Nəfsinin istəyinə yenilib, verdiyi sözdən geri çəkilmədi. İnsanı insan kimi formalaşdıran da elə budur- prinsipləri. Hərçənd mənim beynimdə bir sual yarandı- görəsən o verdiyi sözü Allah rizası üçün versəydi, yenə mi eyni qərarı verəcəkdi? Allah bizim Allahdı də, ona qarşı sözümüzü pozsaq tez əfv edir bizi)) Mən əminəm ki, Binyaminin sözünün üstə durması üçün göstərdiyi bu fədakarlığı Allah qəbul etdi. Və əminəm ki, Allah bu borcun altında qalmaz, bir gün ən gözəl şəkildə ödəyəcək... Salamat qalın, mənim qısa müddətlik yol yoldaşlarım... Sizdən ötrü darıxacam... •İlqar müəllim, bir insanın dili necə bu qədər şirin, cana yatan, qəlbə toxunan ola bilər? Cümlələr elə zərifliklə, diqqətlə seçilib ki, ürəyinin simlərinə toxunur. Sanki danışmır, sözləri ilə səni oxşayır, sığal çəkir. Hələ xüsusi şeirləri demirəm...Balll O qədər gözəl hislər bəxş edir ki, bir cümləni dəfələrlə oxuyub və heç azalmayan ləzzəti yenidən almaq olur. Var olun, İlqar müəllim ♡ Qələminiz həmişə belə qüvvətli olsun.
Anam Üçünİlqar Kamil · Parlaq İmzalar · 202346 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Mimi si çakula...
10/10
·311 syf.··
Beğendi
·
2024 11. kitabı
·
3 günde okudu
·
Okunma: 01 Mayıs 2024 21:26
Sən necə möhtəşəm bir aləmsən?! Oxuduqca içinizdə kəpənəklər uçurdacaq,üzünüzü güldürəcək,gözünüzü yaşardacaq bir kitab... Oxumayanlar bunu uşaq kitabı kimi görsə çox yanılmış olar))Mən də yanılmışdım.Kitabda gözəl məlumatlar,psixoloji fikirlər yer alır. Şiddətlə tövsiyə edirəm)
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020243 okunma
Spoiler ola bilər)
Puan vermedi
Elxan Elatlının oxuduğum digər kitabları qədər axıcı və maraqlı bir kitab oldu.Ancaq bəyənmədiyim nüansları oldu və onları qeyd etmək istərdim.Bəyənmədiyim ilk nüans Ələmdar və Gültənin münasibəti oldu.Hər nə qədər bu münasibət müdafiə edilməyə çalışılsa da ,təəssüf ki,uğursuz alınıb)Çünki bu müdafiə Ayçöhrənin ev xanımı,Gültənin isə döyüşçü olması üzərində qurulmuşdu.Bu hissədə müharibədə iştirak edən qadınlarla müqayisədə ev xanımının alçaldılmasını görürük.Gültənin dövlətin xeyiri üçün əvəzsiz addımlarını göz ardı etmək olmaz,ancaq bunu Ayçöhrənin başına vuraraq onun qadın hüquqlarını,qürurunu qoruması üçün hər hansın cəhd göstərmək haqlarını əlindən almaq, qətiyyən, doğru bir şey deyildi.Digər bəyənmədiyim nüans isə dövlət işçilərinin qeyri-qanuni əməliyyat yerinə yetirməsi idi.Bəli, bunu edərək dövlətə xain "adamlara" layiq olduqları cəza verildi.Amma bunun ,tamamilə, qeyri-qanuni yolla və dövlət adamları tərəfindən həyata keçirilməsilə razı deyiləm .Hətta Ayxanın işlətdiyi bu cümlə, fikrimcə,tam yerinə düşdü: "Özünü dövlət adamından çox ,bir avtoritet və ya mafiya başçısı kimi aparan Ələmdar..." Bundan əlavə ,Surxayın ölümü də adi bir hadisə kimi qarşılandı... Razılaşmadığım hissələri nəzərə almasaq oxumağa dəyər kitab idi :)
Alternativ ƏməliyyatElhan Elatlı · Teas Press · 0237 okunma
6/10
·356 syf.··
2023 28. kitabı
·
13 günde okudu
·
Okunma: 02 Aralık 2023 11:38
İlk olaraq deyim ki,kitab motivasiya janrındadır.Bu janrla maraqlananlar üçün yaxşı bir tövsiyə ola bilər.Kitabda ən sevdiyim cəhət onun dizaynı oldu.Səhifələr arası şəkillər zövqlə çəkilmişdi.Amma sevmədiyim tərəfləri üstünlük təşkil etdi deyə bilərəm. Kitabdakı dialoqlar çox sıxıcı idi.Dialoqlar absurd şəkildə qurulmuşdu , insanı yorurdu."Çox sağolun", "minnətdaram", "əlbətdə", "məmnuniyyətlə " və.s kimi ifadələrə həddindən artıq yer verilmişdi.Buna görə də kitab axıcı olsa da mənə sıxıcı gəldi.
Dan UlduzuElçin Əzimli · Teas Press Nəşriyyat · 2019153 okunma
Anam...Anam sənə əmanət...
10/10
·256 syf.··
Beğendi
·
2023 25. kitabı
·
6 günde okudu
·
Okunma: 18 Kasım 2023 21:22
Kitabı düşünüb-düşünüb saatlarla ağlaya bilərəm.Mənə məlum olan,ancaq fərqinə varmadığım çox şeyi tapdım.Kitablar olub,bəzi yerində üzülürsən, bəzi yerində gülürsən.Ancaq mən bu kitabı hüznlə oxudum.Hansi ki,o hüzn mənə aramlıq qatırdı.Bu aramlıq buraxdığım səhvlərin nəticəsinin qarşıma qoyulmasından doğurdu.Çarəsizliyi,peşmanlığı iliklərinə qədər hiss edirsən.Gündəlik həyatımızda o qədər xırda hadisələr olur ki,onları göz ardı edirik.Vaxt gəlir onlar bizim ən böyük yaralarımızın açılmasına səbəb olur. Həqiqətən,biz bəzən ən böyük faktı unuduruq. Bu həyatda səni öz canından artıq ANAndan başqa kim istəyə bilər?Bunu dərk etsək,həyatımızı onu razı salmaqdan başqa heç nəyə sərf etmərik...
Annem
Anam Sənə ƏmanətKyung-sook Shin · Qanun Nəşriyyatı · 2019357 okunma