Fidan

Fidan
@Fidoaan
Antinatalism
Psixologiya
Qaranlıq otağın uzaq küncü
4 okur puanı
Haziran 2026 tarihinde katıldı
Puan vermedi·192 syf.··
2026 187. kitabı
Sosial ilgi əksikliyi həyatın faydasız tərəfinə yönəlmək deməkdir. Sosiallaşma istəyi az olan şəxslər bir neçə qrupda birləşirlər. 1) Problemli uşaqlar 2) Suçlular 3) Alkoqol asılıları 4) Ruhi xəstələr Bu qruplara daxil olanlar və ya özünə qəsddə iştirak edənlər dost qazana bilmirlər. Səbəblərinə yalnış məqsədə yönelme, həyatın faydasız tərəfinə yönəlmək, sosial istək azlığı göstərilə bilər. Adlere görə əsas fikir belədir. Sağlam insan → cəmiyyətlə əlaqə qurur. Problemi olan insan → özünü təcrid edir, ya da uyğun olmayan qruplara yönəlir. • Bir uşağın zehnində ən çox qalan təsir ata ananın basqısıdır.Bu səbəbdən sinirli ataya sahib qız uşaqlarının sinirli başqa bir kişini kənarlaşdırdığını görürük. Eyni durum oğlan uşaqları üçün de keçərlidir. Sərt mizaçlı ananın basqısına məruz qalmış oğlan uşaqlarında da bu durum yaşanır. •Bir insanın göstərişçi olmasının səbəbi aşağılık duyğusuna sahib olmasıdır, çünkü həyatın faydalı tərəfində özünü başqaları ilə rəqabət aparacaq qədər güclü hiss etməz.
Yaşama SanatıAlfred Adler · Olimpos Yayınları · 20213,675 okunma
Reklam
Puan vermedi·200 syf.··
2026 140. kitabı
Təbiət tərəfindən çox şeylə təmin edilməmiş Finlandiya, hazırda ən böyük gücü təhsildir. Finlandiya xəritənin şimalında yerləşdiyi üçün çox da yaşamağa əlverişli yer deyil. Avqust ayından qış başlayır,daima yağışlı və çiskinli hava müşahidə olunur. Buna baxmayaraq ən qabaqcıl ölkələrdən biridir. Səbəb? <<Təhsil>> Kitab Finlandiyanın yüksəliş dövrünü ələ alır. XIX əsrdə Rusiyadan asılılığına son qoyulur. İdealist müəllim Snelman ölkənin dirçəlişi üçün çox çaba sərf edir. Tək istəyi xalqın fərqindəlik qazanması,bilinçlənməsi,təhsilin inkişafına yön verməsi və s olub. Kitabda bir xalq üçün təhsilin,sənətin, fərdi məsuliyyətlərin və s önəmi vurğulanır. Ölkə ərazisi Azərbaycandan 4 dəfə böyükdür,buna baxmayaraq nüfuzu bizim ölkənin yarısı qədərdir. Səbəbi təkcə soyuq iqlim deyil. Cahillər kimi çoxalmağı da seçə bilərdilər. Soyuq iqlimlə yanaşı insanların çox uşaq sahibi olmağı seçməməsidir bir digər səbəb. Bu o deməkdir ki Snelman bunu bacarıb.
Beyaz Zambaklar ÜlkesindeGrigory Petrov · Nilüfer Yayınları · 2017124,5bin okunma
Puan vermedi·88 syf.··
Beğendi
·
2026 116. kitabı
Acınacaqlı durum, yoxsulluq,yaşamı və ölümü sorğulama, həqiqət axtarışı Çexovun bu kiçik hekayəsində də müşahidə edilir. Kitab özünü yalnız hiss edən Andrey Yefimiç ilə universitet oxuyan lakin dəlixanaya atılmış bir "dəlinin" fəlsəfik mövzular üzərində söhbətindən ibarətdir. (yəni əsas məqam budur.) Andrey Yefimiç İvan Dmitriçin danışdığı məsələləri bəyənir və onunla söhbət etmək istəyir lakin ilk başda İvanin qorxuları olduğu üçün onunla söhbət etməkdən çəkinir və şübhələnir,lakin sonrakı söhbətləri olduqca maraqlı davam edir. İvanin həkim Andreyə "mən xəstəyəm amma yüzlərlə dəli azad şəkildə gəzib dolaşır, siz nadan olduğunuz üçün onları ayırd edə bilmirsiniz" cümləsi kitabın əsas ideyasıdır. Ümumiyyətlə cəmiyyət dərk edən, həqiqəti anlayan və onu insanlara təbliğ etməyə çalışan yaxud axtarışında olan insanları qəbul etmir və dəli adlandırır, Çünki cəmiyyət həqiqəti duymaq istəmir,həqiqtsə acıdır. Andreyin də dediyi kimi həyatdakı ən yüksək 2 nemət budur. 1) Həyatı dərk etməyə çalışan azad və dərin təfəkkür 2) dünyanın mənasız qayğılarına tam bir həqarətlə baxmaq Həyatı dərk etmək lazımdır,həqiqi nemətdə onu dərk etməkdir. Kitabda əsas sual isə budur ki əgər hər şey torpağa gömüləcəksə yaşamın nə mənası var?insan yaratmaq sonra da onu sanki lağa qoymaq üçün torpağa çevirmək nəyə lazımdır. Həyatınızı nə qədər gözəl bir şəfqət işıqlandırsa da yenə axırda sizi tabuta qoyub aparacaqlar.
Altı Nömrəli PalataAnton Çehov · Qanun Nəşriyyatı · 201887,1bin okunma
Puan vermedi·216 syf.··
2026 97. kitabı
Virginia Woolf qadın mövqeyinin aşağı olduğu,cinslər arasında fərqlər qoyulduğu,seçki hüququnun olmadığı, acizlər toplumu tərəfindən qadınların inkişafının qarşısının alındığı əsrdə yaşayıb və kitabı qadınlara seçki hüququ verildikdən sonra çap edilib.Bu kitabda qadınlara olan kin və nifrətin çox,hörmətin niyə bu qədər az olduğu, mövqelərinin niyə aşağı tutulduğu, kişilərdən niyə aşağı hesab edildiyi kimi suallara cavab axtarmış və qədim dövrlərdən onun yaşadığı dövrə qədər qadın həyatından,onlara cəmiyyətin münasibətindən,onlara qarşı olan şiddətdən təəsüflənərək bəhs etmiş və "niyə" sualını ortaya atmışdı.Həmin dövrün acizlərinin fikrincə "ən istedadlı qadın ən pis kişidən əskikdir". Virginia Woolfun fikrincə(həm də zatən belə idi həmin dövr üçün) qadın inkişafının qarşısının alınması, söz haqqının verilməməsinin və bu kimi halların tək səbəbi kişilərin zəif inamından,qorxaqlığından qaynaqlanır. Çünkü qadın danışmağa və həqiqəti dəməyə başlarsa onların mövqeyi kiçilərdi.
Şəxsi Bir OtaqVirginia Woolf · Teas Press Nəşriyyatı · 048,1bin okunma
Puan vermedi·192 syf.··
2026 93. kitabı
Palyaçonun listesi -kendine dönüş -korkularından arın -eyleme geç Hayatda ancak baharı görmüş biri anlam arayışında bulmaz kendini,sürüden ayrılıp bir öteki olmak için insan ne kadar ağır şey yaşar,ne kadar dibe batar? 8 yaşında annesi tarafından terk edilmiş,babasından şiddet görmüş,bir araba kazasında doğmamış bebeği ile beraber iki çocuğunu kaybetmiş bir palyaço...daha sonra kendisinide kaybeder Yanına hayatta kalmak için bir kaç eşya alarak evden ayrılıp bir yolculuğa,anlam arayışına çıkar.Başlarda neden böyle yaptığını anlamadım doğrusu sonlarda anladım. Yazarın mukaddimede de yazdığı gibi "bu kitapda,güzel çiçekli bahçelerde,neşe içinde,umutlu bir geleceğe doğru el ele koşan renkli gözlü çocuklar bulamayacaksınız" Öyle kitaplardan ziyade yeraltından bahseden kitapları seviyorum çünkü insanın ufkunu genişletiyor,kitap karakteri ile birlikte okuyucuyu da bir yolculuğa çıkarıyor.
Palyaçonun ListesiEmre Timur · Az Kitap · 2018352 okunma