Firudin Məmmədov

10/10
·500 syf.··
Beğendi
·
2026 6. kitabı
·
38 günde okudu
·
Okunma: 13 Mart 2026 00:39
Romanın mərkəzində cəmiyyət tərəfindən alçaldılmış,təhqir edilmiş və taleyin ağır sınaqları ilə üzləşmiş insanların həyatı dayanır. Əsərdə müxtəlif talelər bir-birinə bağlanır və müəllif bu talelər vasitəsilə insanın iç dünyasını, ağrılarını və ümidlərini göstərir. Dostoyevski burada xüsusilə kasıb və köməksiz insanların yaşadığı ədalətsizlikləri çox təsirli şəkildə təsvir edir. Kitabın ən diqqət çəkən tərəflərindən biri müəllifin insan psixologiyasını çox incə və real şəkildə təqdim etməsidir. Oxucu personajların qorxularını,ümidsizliyini, sevgisini və vicdan mübarizəsini sanki onların içindən hiss edir. Bu səbəbdən əsər sadəcə bir hekayə deyil,həm də insan ruhunun dərinliklərinə enən bir düşüncə yolculuğudur. Dostoyevski bu romanda göstərir ki,insan nə qədər alçaldılsa belə,qəlbində mərhəmət və sevgi olduğu müddətdə tam məğlub olmur. Əsərdəki personajlar çox əzab çəksələr də,onların içində ümid və insanlıq hissi hələ də yaşayır.
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Teas Press Nəşriyyatı · 202423,8bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
9/10
·416 syf.··
Beğendi
·
2025 12. kitabı
·
11 günde okudu
·
Okunma: 12 Kasım 2025 21:57
Paula Hokinsin “Qatardakı qız” romanı psixoloji triller janrında yazılmış,oxucunu son səhifəyə qədər gərginlikdə saxlayan bir əsərdir.Roman insan psixologiyasının qaranlıq tərəflərini açan,gərgin atmosferli və sürpriz sonludur.Bununla da oxucuda həm detektiv marağı,həm də emosional dərinlik yaradır.Psixoloji triller janrında oxumaq istəyənlərə şiddətlə tövsiyyə edirəm
Qatardakı QızPaula Hawkins · Xan Nəşriyyatı · 201613,6bin okunma
3/10
·256 syf.··
2025 11. kitabı
·
6 günde okudu
·
Okunma: 02 Kasım 2025 22:39
İndiyə qədər oxuduğum kitablar arasında bəlkə də ən zəif kitablardan biri oldu. Sadəcə sərgidən almışdım deyə və şəxsi mütaliə prinsiplərimə görə bir kitabı oxumağa başladımsa o kitabı mütləq bitirməliyəm. Bəlkə də bu mövzuda oxumağı sevənlər kitabı bəyənər. Oxuyacaq olanlar,seçimi sizə buraxıram,amma bu kitab tövsiyyə edəcəyim kitablardan deyil Kitab Amerikan yuxusunun arxa planını göstərən kəskin və realist bir hekayədir. Kitabda sosial təbəqələr arasındakı fərqlər,kimlik axtarışı,sevgi və eqo toqquşmaları ön plana çıxır. Sadə mühitdən gələn Nil və varlı ailənin qızı Brenda arasındakı münasibət,cəmiyyətdəki görünməz sərhədləri açıq şəkildə üzə çıxarır. Filip Rot bu hekayədə insanın daxili boşluğunu,maddiyyatın hakim olduğu dünyada mənəvi dəyərlərin necə itirildiyini ustalıqla təsvir edir.
Əlvida, KolumbusPhilip Roth · Parlaq İmzalar · 049 okunma
8/10
·400 syf.··
Beğendi
·
2025 9. kitabı
·
25 günde okudu
·
Okunma: 15 Eylül 2025 22:15
Oxucu kitabı oxuduqca düşünüb anlayır ki,yazıçı Jose Saramaqo bizə əslində,korluğun fiziki yox,mənəvi bir korluq olduğunu,insanların çox vaxt gördüyünü görmədiyini,ədalətsizlik və qəddarlığa göz yumduğunu simvolik şəkildə bildirir.
KorluqJosé Saramago · Qanun Nəşriyyatı · 2016131,8bin okunma
7/10
·255 syf.··
Beğendi
·
2025 8. kitabı
Detektiv ədəbiyyatının ənlərindən olan Aqata Kristi qələmindən daha bir gözəl kitab - Əlifba sırası ilə qətllər Aqata Kristi seriyasından “10 zənci balası”, ”Şərq Ekspresində Qətl”, ”Mavi Qatarın sirri” və s. kimi olduqca maraqlı kitablar oxumuşdum və onu deyə bilərəm ki,bu kitab da onlardan heç də geri qalmır. Eyni zamanda isə sürpriz sonluqla bitir Kitabın qısa məzmunu: Erkül Puaro yenə də iş başında - belə ki, ona sirli bir məktub gəlir,məktub müəllifi özünü “ABC” adlandırır və yaxın zamanda törədiləcək qətlləri əvvəlcədən xəbər verir. Qatil törədəcəyi qətli, şəhərlərin və qurbanlarının adlarına görə əlifba sırası ilə həyata keçirir. Hər cinayət yerində isə “ABC dəmiryolu qatar cədvəli” buraxılır. Detektiv Erkül Puaro həm bu müəmmalı qətllərin ardındakı gizli məntiqi,həm də qatilin əsl motivini ortaya çıxarmalı olur.
Əlifba Sırası ilə QətlAgatha Christie · Qanun Nəşriyyatı · 20187bin okunma