“Uğur fədakarlıq tələb edir”. Kitab hədəfimi 15 ədəd azaltdım. Çalışdım hədəflədiyim kitablardan ən spesifik və də bu uğur yolumda qarşıma qoyduğum hədəfə ən uzaq olan mövzuda yazılan kitabları illik siyahımdan çıxardıb bir sonraki illərə ertələyim(çox çətin oldu, həqiqətən). İllik kitab oxuma hədəfim və seçdiyim kitablarda dəyişiklik ola bilər. Fəlsəfə kitablarımı daha uyğun olacağım yay aylarında, ixtisasıma uyğun olan kitabları bu gündən etibarən, insan və psixologiyaya aid kitablarımı isə bir müddət aralıqlarla arada oxumağı planlayıram. Artıq, hədəflərimin daha realistik olduqlarına inanıram