Mən həyatımda bu qədər öz-özünü təkrar edən və də bir mövzuya bu qədər ağıla, məntiqə sığmaz şəkildə mənasız söz yığını əlavə olunan kitab oxumamışdım. Kitab’ın maksimum həcmi 30 səhifə fılan olmalı imiş(30 səhifə belə çoxdur) çünki, geridə qalan hissəsi boş söz yığınıdır.
Kitabda deyilənlərə gələndə isə, yazıçının bir çox mövzuya çox səthi cavablar verməyə çalışdığını görəcəksiniz. Bu kitabı oxuyanda münasibətlərdə yaşanan və ya yaşana biləcək problemlərin tam dərin səbəblərini örgənə bilməyəcəksiniz, xəbəriniz olsun. Həqiqətən çox səthidir. Hətta, deyə bilərəm ki, yazıçının verdiyi bəzi nümunələr Sigmund Freud’a bənzər təxəyyül əsəri ordaya çıxmış nümumələrdir. Yəni, real olaraq yaşanılmamış situasiyalardır.
Tövsiyyə olunur ki, kitabın başlıqlarını AI chat botlarında “yazıçı bu başlıq altında nə demək istəyib” deyə sorğu göndərib oradan oxuyasınız.