Bütün zorakılıqlar kütlənin elə özü tərəfindən məntiqli və faydalı zərurət kimi qarşılanırsa, bütün mərhəmət aktları, bəraət hökmləri camaatı qıcıqlandırıb intiqam hissi oyadırsa, belə bir cəmiyyətdə haqq-ədalətdən dəm vurmaq gülünc deyilmi?
İnsan hiss edəndə ki, ona bu ölkədə nifrət edirlər, onda onun buradan çıxıb getməsini necə başa düşməmək olar? İnsanın dözüb ölkədə qalmasını qəhrəmanlıq hesab edirlər, amma bu, tarakan qəhrəmanlığıdır, çünki onları da heç bir vəchlə vanna otağından yox etmək mümkün deyildir.
Dünyada, şübhəsiz, həqiqətlər çox azdır, bu da onlardan biridir: biz heç vaxt bir yerdə yaşamayacağıq, nə də bir ümumi mənzildə, yan-yana, ümumi masa ətrafında – heç vaxt bu olmayacaq, hətta bizim ümumi şəhərimiz də olmayacaqdır.