Ən qədim kilsənin yanındakı qəbiristanlıqda bir qəbir daşının üstündə lövbər və qum saatı təsviri var və bu sözlər yazılıb: Ümid içində.
Ümid içində..Bunu niyə ölü bir insanın qəbir daşına yazıblar ki? Ümid edən bu ölüdür, yoxsa hələ yaşayanlar?
Burada olduğumu, yaşadığımı və onu düşündüyümü bilirmi? Bunu bildiyinə inanmağa məcburam. Məhdud imkanlar altında istər-istəməz hər şeyə inanırsan. İndi telepatiyaya, səmadakı titrəyişlərə, bu cür cəfəngiyyatlara inanıram. Əvvəllər inanmırdım.