Kitabın adını görən kimi ilk ağıla gələn seksual təhsil barədə olsa da, yolu həmçinin, fəlsəfədən, tarixdən keçən bir kitabdır.
Markiz de Sad sərhədsiz bir azadlıq tərəfdarı olsa da, cinsi zorakılığı dəstəkləyən, hətta tərifləyən biri imiş. Psixi xəstə yazıçı kimi təbliğ edilməməli idi.
Hamı bilir ki, Ana ilə övlad arasındakı bağ ən güclü bağdır. Təsəvvür edin ki, yazıçı o bağı darmadağın edir. Qızı Ejeninin anasına qarşı etdiyi zorakılığı, qəddarlığı heç cür qəbullana bilmədim. Müdafiə olunacaq heç bir əsası olmayan bir addım idi.
Sırf son hissədəki səhnələrə görə kitabı ürpərdici, dəhşətli hislərlə bitirdim. Yəni bu əxlaq hüdudlarını aşmaq deyil, bu təcavüzdür, cinayətdir. Kitab bütün əsəblərimi korladı. Tövsiyə edə bilmirəm.
Zamanında qadağan edilmiş bir kitab imiş. Kaşki elə də qalsaydı..