Gün

Analıq duyğusu əvəzedilməzdir
9/10
·328 syf.··
2026 1. kitabı
·
7 saatte okudu
·
Okunma: 12 Şubat 2026 11:18
Hətta ana olmayan birinə analıq duyğuları hiss etdirən bir kitab idi. Düşünmürəm ağlamadan bitirən biri olsun. Vera və Klerin övladları ilə sınağı dözülməz idi. İtirmək həqiqətən sonsuz bir boşluqdur. Yazıçı oxucuya o hissi o qədər incə və duyğulu çatdırıb ki..Demək ki, ana olmadan da o acını hiss etmək olurmuş. Sadəcə möhtəşəm bir əsər
Böyürtkənli QışSarah Jio · Qanun Nəşriyyatı · 201744,8bin okunma
7/10
·186 syf.··
2025 11. kitabı
·
4 günde okudu
·
Okunma: 17 Aralık 2025 00:00
İnsanın şüuraltında yatan həqiqətləri çılpaq şəkildə üzə çırpan əsərdir. Yeraltından dediyi də məhz budur, insanın içindəki ən dərin Özünə aparır. Və özünə etiraf edə bilmədiyi sualları sorğuladır. İnsan nə zaman özü ilə üzləşə bilirsə, artıq o yeraltından çıxmağa çalışır. Oxuduqca tanıdığım insanlar göz önümə gəlir. Ən əsası kitab sayım artdıqca şəxsiyyət analizlərim də artır. Buna çox sevinirəm. Başlıqda sıxıcı gəlsə (bədii təsvirə çox yer ayrıldığı üçün) də, gedişat fikrimi tamamən dəyişdirdi. Tövsiyə edirəm. Xoş mütaliələr :)
Yeraltından Qeydlər
Yeraltından Qeydlər
Fyodor Dostoyevski
Fyodor Dostoyevski
Yeraltından QeydlərFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2022159,1bin okunma
Kimdir dəli?
8/10
·88 syf.··
Beğendi
·
2025 10. kitabı
·
25 saatte okudu
·
Okunma: 09 Aralık 2025 00:00
Anton Çehov
Anton Çehov
Altı Nömrəli Palata
Altı Nömrəli Palata
Spoiler var.. Sakit yazı tərzi ilə üsyankar mübarizə oyadan hekayə. Bir şəhərdə ruhi xəstəxanada çalışan həkim Andrey Yefimiçlə pasienti dəli İvan Qromovun söhbəti əsasında sağlam və ruhi xəstə arasındakı əqli sərhəd müzakirə olunur. Ətrafındakı sağlam insanlardan daha ağıllı saydığı 6 nömrəli palatadakı "dəli" İvan həkimi özü ilə üz-üzə qoyurdu. Söhbətə davam etdikcə kimin ağıllı, kimin dəli olduğu sualını düşünürdü. Kütləyə uyğunlaşan, vicdanını itirən, laqeyd biri ağıllıdır, yoxsa kütləyə uyğunlaşmadığı üçün xəstəxanaya həbs edilən, həqiqətləri görən biri? Zamanla artıq həkim öz içini yeməyə başlayır. İvanın üzünə vurduğu acı həqiqətləri qəbullanır. "İztiraba nifrət edirsiniz, amma barmağınız qapı arasında qalsa elə bağırarsınız ki, boğazınız yırtılar!" Həqiqətən də susduğu həyatı yaşayan həkim çox çəkmədən bu iztirabı qəbullanmadığını gördü. Çalışdığı 20 il ərzində necə olur ki, dəli dediklərinin çəkdiyi iztirabdan xəbərdar olmamış deyə özünə suallar verirdi, lakin özünü müqəssir saymadı. Çünki bu barədə heç nə bilmirdi. Amma gözətçinin bunları görərək, bilərək lal olmasını qəbullana bilmədi. Onu günahkar sayırdı. Sonda gəldiyi nəticə bu oldu ki, haqsızlığa göz yumursansa, mütləq bir gün səni də tapacaq. Az səhifə ilə dərin mesaj verən çox maraqlı hekayədir. Qısa olmasına baxmayaraq,  analizi geniş olacaq bir kitabdır. "Tövsiyəm" siyahısına daxil oldu. Xoş mütaliələr :)
Altı Nömrəli PalataAnton Çehov · Qanun Nəşriyyatı · 201887,1bin okunma
Təklik-məşəqqətdir
6/10
·144 syf.··
2025 7. kitabı
·
23 günde okudu
·
Okunma: 07 Eylül 2025 00:00
*Spoiler var Yazıçının bu əsəri Amerikan ədəbiyyatının incilərindən sayılır, lakin məndə o izi buraxmadı. Səbəbini özüm də tam aydınlaşdıra bilmədim. Məncə həyəcanlı dalğalanma üzrə deyil də, bir xətt üzrə yazılmış ssenari idi deyə. Nəysə ki, gözləntim çox idi, amma 6/10 bal verirəm. Analizlərə baxıram hər kəs Lenni obrazına fokuslanıb - onun məsumluğuna, Corcla dostluq münasibətinə və s. Amma nədənsə məni ən çox üzən Qozbelin və qadının (Qıvrımsaçın arvadı) tənhalığı oldu. Qozbel zənci olmasına görə qoyulmuş qadağaları artıq qəbullanmışdı və həyatını tək yaşamağı seçmişdi, ta ki Lenniyə qədər. Qadın isə ərinin qısqanclığından və ondan sevgi görmədiyindən yalnızlıq hiss edirdi. Hər ikisinin də söhbət etməyə, dərdləşməyə kimsələri yox idi. Hər ikisi də tənhalıqlarını Lenninin yanında etiraf etdilər. Bəs niyə Lenni? Çünki onlar üçün sadəcə dinləyici lazım idi, qarşısındakının ağıllı olub-olmaması yox. Çünki Lenni təhlükəsiz dinləyici idi, heç bir halda onları mühakimə etməyəcəkdi. Sadəcə dinləyirdi, saf və təmiz formada. Lenni isə ən uyğun biri idi. Sonda Lenninin ölümü məni o qədər üzməsə də, qadının bir saç sığalına ölümü, Qozbelin yenə də tək qalması-bunlar bir o qədər çox üzdü..
1000Kitap
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 2016211,2bin okunma
2/10
·304 syf.··
2025 6. kitabı
·
12 günde okudu
·
Okunma: 31 Ağustos 2025 00:00
Kitabın adını görən kimi ilk ağıla gələn seksual təhsil barədə olsa da, yolu həmçinin, fəlsəfədən, tarixdən keçən bir kitabdır. Markiz de Sad sərhədsiz bir azadlıq tərəfdarı olsa da, cinsi zorakılığı dəstəkləyən, hətta tərifləyən biri imiş. Psixi xəstə yazıçı kimi təbliğ edilməməli idi. Hamı bilir ki, Ana ilə övlad arasındakı bağ ən güclü bağdır. Təsəvvür edin ki, yazıçı o bağı darmadağın edir. Qızı Ejeninin anasına qarşı etdiyi zorakılığı, qəddarlığı heç cür qəbullana  bilmədim. Müdafiə olunacaq heç bir əsası olmayan bir addım idi. Sırf son hissədəki səhnələrə görə kitabı ürpərdici, dəhşətli hislərlə bitirdim. Yəni bu əxlaq hüdudlarını aşmaq deyil, bu təcavüzdür, cinayətdir. Kitab bütün əsəblərimi korladı. Tövsiyə edə bilmirəm. Zamanında qadağan edilmiş bir kitab imiş. Kaşki elə də qalsaydı..
1000Kitap
Yataq Otağında FəlsəfəMarquis de Sade · Yarasa yayınları · 20092,701 okunma