On il, düz on il mən bədbəxt qəm-qüssə içində,
çoxdan vəfat etmiş bir adamı məzəmmət etmiş, onu günahkar
saymışdım.. Bundan da böyük bir həqarət
mümkündürmü?
Bu axşam başa düşdüm ki, bəzən bir adam başqasını, həyata
bağladığımızdan da qüvvətli tellərlə özünə bağlaya bilər. Bu axşam
onu da başa düşdüm ki, mən onu itirsəm, yer üzündə içi boş bir qoza
oxşayaram.
Adamlar əylənib, yaşayırdılar. Mən öz daxili aləmimə qapılmaqla,
tək-tənhalığımla onlardan üstün deyil, çox aşağı olduğumu başa
düşürdüm Həmişə olduğu kimi, yenə də
hiss edirdim ki, adamlardan kənar gəzib-dolaşmaq, başqalarından
üstünlük əlaməti deyil, şikəstlikdir, xəstəlikdir.
Dünyada heç bir
nişanə qoymaq istəməyən, tənhalığım ölümə
belə gedərkən özü ilə aparan bu adama ürəyimdə sonsuz bir
mərhəmət, taleyinə sonsuz bir hüsn-rəğbət oyandı.