Sokratın günahkar olmasına səs verdiyi üçün ona ölüm cəzası kəsildi. Yəqin ki,istəsəydi,özünün günahsız olduğunu o,sübuta yetirə bilərdi. Bunun əvəzində isə özünün "Mozalan"ləqəbinə sadiq qalaraq,yanlış bir iş görmədiyini və afinalıların,əslində,ona minnətdarlıq hissi duymalı olduqlarını deyib onları daha da qəzəbləndirdi. Bu isə vəziyyəti lap ağırlaşdırdı.Bədənini asta-asta iflic edən bir zəhər içməklə özünü lap öldürməyə məcbur etdilər. O, arvadı və üç oğlu ilə vidalaşdı,tələbələrini başına topladı. Əgər onun sual vermədən yaşamağa davam etmək kimi bir seçimi olsaydı belə,o bu seçimdən istifadə etməzdi. Belə yaşamaqdansa,ölməyi üstün tutardı. Daxilindəki səs ona hər şey haqda sual verməyi diktə edirdi və o bu səsi dinləməyə bilməzdi. Zəhər dolu qədəhi başına çəkməklə Sokrat tezliklə həyatla vidalaşdı. Lakin Sokrat
Platonun "Dialoqlar"ında hələ də yaşayır.