Gulsum

Gulsum
@Glsba
26 Şubat
6 okur puanı
Mayıs 2023 tarihinde katıldı
Rumata yerinin içində oturdu,yırtılmış,qəşəng adyalı ayaqlarının üstünə çəkdi. Adamı ağır ümidsizlik bürüyür,oturub vəziyyət qarşısında nə qədər gücsüz və əhəmiyyətsiz olduğumuzu düşünmək istəyirsən... Yerdə olduğumuz zaman bu bizim ağlımıza da gəlmir. Biz orada sağlam,psixoloji uyğunlaşma keçirmiş və hər şeyə hazır olan qətiyyətli insanlarıq. Bizim əsəblərimiz əla vəziyyətdədir:adamlar döyüləndə,dar ağacından asılanda dönüb baxmamağı bacarırıq. Bizdə misli görünməmiş dözüm var:sağalmaz axmaqların sərsəmləmələrinə tab gətirə bilirik.
Sayfa 42·Kitabı okudu
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Axı sən sui-qəsdlərin və tamahkarlığın qanlı bataqlığına qərq olmuş bu qaranlıq,cahil ölkədə kimə lazım ola bilərdin?
Sayfa 44·Kitabı okudu
Şübhəsiz ki,həm də gözəl insan,əsl ziyalı,möhkəm əqidəli humanist,var dövlət düşkünü olmayan adam-onun bütün sərvəti kitab dolu torbasından ibarətdir.
Sayfa 44·Kitabı okudu
Bu barədə fikirləşmək lazımdır. Getmək istəmirdi,amma getməmək də axmaqlıq olardı.
-Deyəsən,axı söz soruşdum,bu gün əl-üzünü yumusan,ya yox?-Rumata məktublardan birini götürüb açdı. -Su ilə günahları yumaq olmaz,-oğlan donquldandı.-Məgər əsilzadəyəm,yuyunum? -Bəs mən sənə mikroblardan danışmamışdım?
Sayfa 46·Kitabı okudu