Əgər bağçada tikanlar gül-çiçəyi dörd tərəfdən əhatələyib sıxırsa, ona böyüməyə imkan vermirsə, niyə gözəlliyin məhvinə fərman verən tikanlar deyil, "yerində bitməyən" gül-çiçəyi müqəssir hesab edirsiniz?!
Belə bir xüsusiyyət var hansısa geyimi ilk dəfə hara geyinmisənsə, hər geyinəndə oranı xatırlayırsan. Bir filmi ilk dəfə kiminlə və harda izləmisənsə, musiqini kiminlə və harada dinləmisənsə, illər keçsə belə, o filmə təkrar baxanda, o musiqini təkrar dinləyəndə o ilk adam, o ilk məkan mütləq xatırlanacaq.