Şüşəni, yaxud boşqabı yerə çırpanda ucadan şaqqıltı səsi eşidilir. Pəncərə çırpılanda, stolun ayağı sınanda və divardan tablo düşəndə səs yaradır. Ancaq qəlbiniz qırılanda tamamilə sakit olur. Siz düşünə bilərsiniz ki, onun bütün dünyada ən yüksək səsi çıxarması, yaxud kilsə zəngi, şeypur səsi kimi xüsusi bir mərasimin səsinə malik olması vacibdir. Ancaq o, sakit olur və hətta siz arzu edirsiniz ki, kaş orada bir səs olsun və sizin ağrınızı azaltsın.
Ancaq o, axır ki, məni görmüşdü və əsas məsələ də bu idi. İnsanların gözünüzün içinə baxmasını adi bir şey kimi qəbul etməyin, nə qədər şanslı olduğunuzu bilmirsiniz.
Mən istəmədən, heç bir qərəzim olmadan, sadecə, sevgimə görə görüşə gələ bilməmişdim. Təsəvvür edin, kimisə çox sevdiyiniz üçün onunla görüşmürsünüz. Kimisə incitməyinizi, qəzəbləndirməyinizi, asəbləşdirməyinizi və sevgidən məhrum etdiyinizi təsəvvür edin və təsəvvür edin ki, bütün bunların onun üçün ən yaxşı şey olduğunu düşündüyünüz üçün edirsiniz.
- Bilirsən, Elizabet, zəncirotu həm də sevgi bitkisi kimi tanınır. Bəziləri deyir ki, küləyin uçurtmağa başladığı toxumlar insanın sevgisini sevdiyinə daşıyır. Başqaları deyir ki, əgər arzu tutanda toxumları üfləsən və hamısı havaya qalxsa, arzun həyata keçəcək.
-Haqlısan, məndə sağlam düşüncələr olmur. Mən başqalarının inandığına inanmaq istəmirəm. Mənim öz fikirlərim var, onları heç kim mənə öyrətməyib, kitablardan da oxumamışam. Mən təcrübələrdən öyrənmişəm. Sən nəyisə sınaqdan keçirməyə qorxursan və ona görə də sənin sağlam düşüncən həmişə olacaq, təkcə sağlam düşüncən olacaq.