Düzdür, hələ cavanam, təcrübəsizəm, bəlkə də, səhvim var!
Amma bu yaşacan həyatda insanları, əsasən, iki cür görmüşəm.
Birinci qisim qapalı adamlardır. Onlar başqalarından kənar gəzər, sirlərini gizlədər, məhəbbətlərini, nifrətlərini büruzə verməkdən çəkinərlər. Belələrini öyrənmək, tanımaq, sevməkdə çətindir.
İkinci qisim isə sadə, ürəyiaçıq, qəlbindən keçən yaxşını, pisi gizlətmədən deyən, gülən, ilk baxışda necə görmüşdünsə, axıracan elə dəyişməz qalanlardır. Hiylə, yalan bilməzlər. Özləri etibarlı olduqları üçün yaxımlaşdıqları adamlara da inanar, etimad göstərərlər. Həmdə az vaxtda tanınar, sevilərlər…