İki nəfərin yolları kəsişəndə, gözləri baxışanda keçmiş də, gələcəkdə öz mənasını itirir, yalnız bircə o an, o dəqiqə mövcud olur və dünyadakı hər şeyin bir əllə yazıldığına inanırsan.
Yer üzündə yaşayan hər kəsi öz xəzinəsi gözləyir - qəlbi deyirdi - lakin biz ürəklər susmağa öyrəşmişik, çünki insanlar öz xəzinələrini tapmaq istəmir.
Xoşbəxt insan - ALLAHI özündə daşıyan insandır və Kimyagərin dediyi kimi, xoşbəxtliyi adi qum dənəsində də tapmaq olar. Çünki bu qum dənəsini yaratmaq üçün Kainat milyardlarca illər sərf etmişdir.
Beləliklə, heç zaman anlamayacaqsan ki, məhəbbət insanın Öz Yolu ilə getməsinə mane ola bilməz. Əgər mane olacaqsa, deməli bu məhəbbət saf deyil- Kimyagər sözünü bitirdi.