Gülər

Gülər
@Guler_gunes1
Kitablara tutunmağı seçmişdi.İndiyə qədər aldığı ən doğru qərardı,bilirdi
hüquq
bdu
27 Eylül
7 okur puanı
Şubat 2020 tarihinde katıldı
Şu anda okuduğu kitap
Riqqətə gətirdiyin həqiqətini dana bilmərəm❤İlqar Kamil
Çox əvvəllər ədəbiyyat saytlarından biri belə bir maraqlı layihə hazırlamışdı; yazıçı bir hekayə yazır, lakin sonluğu gizlədir. Yazı yarımçıq formada çap olunur. Oxuculardan istənilənsə budur: hekayənin ardını yazın. Onlarla hekayə yazılır, hərə öz fantaziyasına uyğun, hərə öz qələminə münasib bitirir hekayəni. Və sonda, ən həssas, ən vacib məqam yetişir: yazıçı orjinal variantı üzə çıxarır. Məsələ də budur: görək, kim orjinal varianta daha yaxın, daha uyğun yazıb? Düzü, şəxsən iştirak etməmişdim o layihədə, amma xüsusi iz qoymuşdu yaddaşımda və elə o vaxtlar ağlıma qəribə şeylər gətirmişdi. Təsəvvür edin, Tanrı da insanı tam yaradıb, lakin onun yalnız bir hissəsini - sonluqsuz variantını çıxarıb ortaya, davamını özünün yaratmasını istəyib: görək, insan özü özünü (eyni şərtlər daxilində) necə yaradacaq! Yəni orjinal variant var, mövcuddur, gizlidir, lövhi-məhfuzdadır, dünyaya gətirilənsə - onun yarımçıq, sonluqsuz versiyasıdır. Əmr də belədir: vaxt getdi, buyurun, ardınızı yazın. Fələyin çərxi fırlanır, zaman sürətlə axmağa başlayır, insanlar yer üzünə səpələnir: hərə özünü yazır, özünü heykəlləşdirir, özünü yaradır... hamı əlində rəngli fırçası, yallnız özüylə məşğuldur - dəhşət!!! Nəhayət, dünya dağılır, qiyamət günü yetişir. Məşhur axirət hesabı isə belədir: bu gün insanın öz yaratdığıyla onun orjinal variantı müqayisə olunacaq: Sən sənə təqdim olunan bu şərtlər daxilində necə ola bilərdin, necə oldun? Sən eyni şərtlər daxilində, Tanrı tərəfindən belə yaradılmışdın, orjinal varinatın bax, budur, belə olmalıydın, lakin... busan! Yəni o gün hesab, kitab, müqayisə bir başqasıyla deyil, özümüzün orjinal variantımızladır. Ağrılıdır, deyilmi, və siz də maraq etdinizmi lövhi-məhfuzdakı əsl surətinizi, orjinal variantınızı? Hə, əzizim, sən demə, bu dünyada insandan
Düşünce
Gülər
Qələminiz qırıldı deyə ümiddən düşməyin,əlinizə aldığınız yeni qələmdədir bəlkə ümid:)o daşın içindəki heykəlinizi yonub çıxarmanıza imkandır bəlkə❤