Ağlına gəldi ki, böhran anlarında insan heç vaxt düşmənə deyil, sadəcə öz bədəninə qarşı mübarizə aparmalı olur. Hətta indi, fincan dolusu cin içəndən sonra da qarnındakı küt ağrı ona fikirlərini bir yerə cəmləməyə imkan vermirdi.Düşünürdü ki,istər qəhrəmanlıq, istərsə də faciə anlarında əslində hər şey bir-birini təkrar edir.Döyüş meydanında ,işgəncə kamerasında,batan gəmidə-hər yerdə uğrunda
mübarizə apardığın amallar bir an içində yaddan çıxır. Əvəzində isə bədənin böyüyüyüb bütün kainatı tutur.Hətta qorxudan iflic olmadığın,ağrıdan qışqırmadığın anlarda da həyat aclıq,soyuq və yuxusuzluqla,diş ağrısı və mədə rahatsızlığı ilə arası kəsilməyən
mübarizədən ibarətdir.
Əvvəllər qeyri-sabit,alçaq,yaramaz kimi ad çıxarsa da,bir göz qırpımında filosofa çevrildi.Onun üçün cəmiyyət bəzi şeyləri əxlaqi dəyərlər,bəzilərini isə qüsurlar elan edənbir cadugər idi.Artıq cəmiyyətin sirrini öyrənmiş,cadugərliyinə yiyələnmiş olduğu halda,dəyərləri qüsurlara,qüsurları isə dəyərlərə çevirə bilərdimi?
Başlıca maneəyə çevrilmək təhlükəsi olan yalnız bir praktiki çətinlik var idi:əxlaq.Keçmişdə bu əxlaq sistemi dinin köməyi ilə möhkəmlənmişdi.Bəs bu gün ona nə kömək edə bilərdi?Allahdan sonra əxlaqi dəyərlərikim və ya nə qoruya bilər?Yoxsa əvvəlki etiqad sisteminə nifrət etdiyi kimi onlara daim nifrət edib,özünü lövbərsiz və vicdansızcasına həyatın axınına buraxmalı idi?Məntiq düz,nəticə isə məlum idi.