-Haqsızlıqdır! - mənzərəyə bir qədər tamaşa edən Lens dilləndi.
- Nədən ayrı-ayrı adamların heykəllərini qoymaq olur, amma bu gözəllikdə aya heykəl qoyulmur? Ya da elə çiçəkləyən ağaca?
Dostumdu,- qıza dedim. - Müharibə yoldaşımdı. O, mənim tanıdıqlarım arasında yeganə adamdır ki, böyük bədbəxtçiliyin içindən özünə balaca bir xoşbəxtlik tapa bilib. Bilmir ki, əlinə düşən ömürlə neynəsin, ona görə də, sadəcə, sağ qalmağının bayramını eləyir.