Guler Ismayilzade

Guler Ismayilzade
@Guler_ism
279 okur puanı
Eylül 2017 tarihinde katıldı
Puan vermedi·56 syf.··
2020 73. kitabı
Bu eserinde Stefan Zweig, bizi kahramanlarımızın iç dünyasına doğru bir yolculuğa çıkarıyor. Psikolojilerini, düşüncelerini, iç karışıklıklarını, yalnızlıklarını deneyimliyoruz. Kahramanın yalnızlığı ve sıkıntısı karşısında haykırmak ve ona destek olmak istiyoruz. Bu çalışmanın kahramanı bir kadındır. Herkes tarafından güzelliğin sembolü olarak tanınan, kıskanılan, öğretici, şatafatlı, hareketli bir hayat yaşamaya alışmış, ancak sürgün edilmiş aristokrat bir kadın. Her zaman oyun oynamaya ve sahte hayata alışkın olan bu kadının sürgündeki hayatı çok üzücü. Değersiz gördüğü insanların aslında hayatının merkezinde olduğunu anlar ve yalnızlığını en şiddetli şekilde yaşar. Kitabı okurken çoğu zaman kendinizi öyküdeki karakterin yerine koyup, sanki kendi sonunuzu okuyormuşsunuz gibi bir hisse kapılıyorsunuz. Bu çalışmada üç ana nokta görüyoruz. Bir kadının yalnızlığı, sahte hayatları ve insanların birbirlerini nasıl kullandığı, başkalarının acılarına ve yaşamlarına kayıtsızlık. Keyifli okumalar,, *** Stefan Zweig, bu əsərində də yenə bizi qəhəmanlarının iç dünyasına səyahətə aparır. Biz onların psixologiyasını, düşüncələrini, iç sıxıntılarını, yalnızlığını ən dərindən yaşayırıq. Qəhrəmanın yalnızlığı, sıxıntısı qarşısında biz hayqırmaq, səsinə səs vermək istəyirik. Bu əsərin qəhrəmanı bir qadındır. Hər kəs tərəfindən gözəllik simvolu olaraq bilinən, həsəd aparılan, göstərişli, hərəkətli həyat yaşamağa öyrəşmiş ancaq sürgün edilən aristokrat bir qadın.. Hər zaman oyunlar oynamağa, saxta həyata öyrəşmiş bu qadının sürgün həyatı çox acınacaqlı olur. Dəyərsiz gördüyü insanların, əslində, onun həyatının mərkəzində olduğunun fərqinə varır, yalnızlığı, tənhalığı ən şiddətli şəkildə yaşayır. Kitabı oxuyarkən tez-tez özümüzü qəhrəmanın yerinə qoyur, sanki öz sonumuza
Bir Çöküşün ÖyküsüStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202591,8bin okunma
Reklam
Puan vermedi·283 syf.··
2019 38. kitabı
·
10 günde okudu
·
Okunma: 24 Aralık 2019 04:00
“Başqası cəhənnəmdir”,-deyib Jan Pol Sartr o zaman... Cəhənnəm olan başqalarıdır ya insan o cəhənnəmi öz içindəmi yaşayır? Ya da Sartr “Başqası cəhənnəmdir”- dedikdə çoxluq içində yaşanan tənhalığımı nəzərdə tuturdu ? “Hepsi (apayrı düşünceleri benimsemiş olan hepsi, 'Bizler') bir adaya toplanmışlardı, böyle düşünülebilirdi. Adaya kapatılmışlardı. Bu adada birbirlerini tüketiyorlardı. Tek eylemleri birbirlerini tüketmekti. Ada, denizin ortasında, fırtınaya kapılmış bir şamandıra gibiydi.” Sadəcə bu abzas ilə insan münasibətlərinə baxmaq üçün bir pəncərə açır Selim İleri. İnsan münasibətlərinin xülasəsi,kiçik şərhidir. Cəmiyyətlə, inanlarla, özləri ilə ziddiyətləri, konfiliktləri olan insanlar bir-birlərinin cəhənnəminə dönüblər. Özlərindən, hisslərinindən, daxili sorğu sualdan qaçmaqdı niyyətləri. Ancaq bu dəfə də, qaçdıqca başqasının odunda yanırlar...tükətirlər ömürlərini... Romanda Cem, Tarık və Murat'ın Bodruma gəlir, Haydar, Betigül, Kerem'le tanış olur və onlara Ahmet, Katharine, Emine qoşulur. Bu xətt üzrə bütün münasibətlərin qopuqluğu açıqca göstərilir. Selim İleri romanı nəql etməsində bəzi üsullar özünü göstərir. Bunlara diqqət yetirək; • Zamanda sıçrayışlar – Yazıçı obrazların hissləri arasında hansısa səbəb nəticə əlaqəsi qurmur. Keçmişə dönüşlər edərək indiki zamana proyeksiya salır. Buna Emine'nin timsalında nümunə göstərək; Uşaqlığını xatırlayır.. “Çık, arkadaşlarınla oyna,» denirdi Emine'ye. Dışarda ip atlardı kızlar, oğlanlar kayalık tepelere tırmanırlardı çam iğnelerinden ayakları kayarak. Gözetlerdi onları; «Bizi sevmiyorlar,» derdi taşbebeğine. Odada nasıl uyuyakaldığını, bütün köşk halkının onu aramak için nasıl kıyılara koştuğunu (canına kıyacağını sanmışlardı herhalde; demek acı çektiğini biliyorlardı) pek anımsamıyor.
Her Gece BodrumSelim İleri · Altın Kitaplar · 1981513 okunma
Müharibə ya oyun,,
5/10
·389 syf.··
2019 1. kitabı
Əslində, düşünülə bilər ki, bu əsərdə müharibə, kazakların həyatı əsas xətdir. Zənnimcə, bir aspektdən baxmaq doğru olmaz. Qriqorinin müharibə səhnəsindəki daxili sarsıntıları, Natalyanın sevgisi, Qriqoriyə həsrəti, ağrıları müharibəni ikinci plana salır. Əsər boyu Dunyaşkanın sevincinin, şad hərəkətlərinin şahidi oluruq. Kitabda da qeyd edilən "mən ona görə şadam ki, gömgöy saf və mavi səma da safdır" cümləsi müharibənin puçluğunu gözlər önünə sərir bir daha... Eyni zamanda, biz Aksinya Qriqori Natalya məhəbbət üçbucağını da görürük. Əsərdəki bir hissəyə diqqət edək; "Əgər Aksinya ilə Qriqori bu münasibəti gizli saxlasaydı Xutor camaatı azca danışıb səsini kəsərdi. Ancaq bunun açıq-açıq yaşanması əxlaqsızlıqdır. " Həqiqətən də, gizlin tutmağa çalışılan bir yalnış, "əxlaqsızlıq", açıqca olandan daha doğru hesab olunur?! Bəlkə də, heç Xutor camaatını narahat edən bu münasibət deyildi. Bu münasibətin onlara xatırlatdığı yaşadıqları ancaq istəmədikləri, məmnun olmadıqları həyatları idi?! Xutor mühitinə və müharibəyə baxsaq və müqayisə etsək görərik ki, cəmiyyətin qamçısı, sözlərinin itiliyi müharibədən daha dəhşətlidir... Zənnimcə, Aksinya`nın Qriqori`yə hissi arzulanmaq, bəyənilmək idi... Ehtirasdan doğan bir hiss.. Sevgi əgər sonsuz fədəkarlıq idisə, əsərdə də qeyd edildiyi kimi, Aksinyanın sevgisi qanqal otuna bənzəyirdi. Özü daxil hər kəsin ağrı-acısına səbəb olurdu. Digər tərəfdə isə Natalya Qriqori üçün fədəkarlığa hazır idi. Hətta bir məqamda Qriqori üçün Qriqori`dən belə keçməyə hazır idi.. İnsan canına qıydığı üçün vicdan əzabı çəkən, müharibə şəraitində insanların "vəhşiliyi"ni görüb sarsılan Qriqori ilə Qaranja`nın diyaloqu müharibə dəhşətlərini bir daha gözlər önünə sərirdi. Əslində, müharibə oyuna bənzəyirdi. Burada oynayanlar
Ve Durgun Akardı Don - 1. CiltMihail Şolohov · Evrensel Basım Yayın · 20151,632 okunma
9/10
·164 syf.··
2017 11. kitabı
İş tapmaq istəyən bir gənc keçmiş məktəb yoldaşının köməyi ilə bankda işə düzəlir. Orada məzlum, talesiz Raif əfəndi ilə tanış olur. Sonralar, ömrünün son günlərinin yaşayan qocanın dəftərindəki qeydləri oxuyarkən onunla tanış olur. Qeydə görə, Raif əfəndi gənc yaşlarında atasının sənətinə yiyələnmək üçün Berlinə yollanır, işə yiyələnməkdən çox rəsm qalereyalarına gedir, müxtəlif romanlar oxumağa davam edir və həyatınını dəyişdirəcək hadisələr elə burada da yaşanır... Kimdir bu Raif əfəndi? Onu bir çoxları Qoqolun “Şinel” əsərindəki Akaki Akakiyeviç`ə bənzədir. O da eynilə. Akaki Akakiyeviç kimi məzlum,zavallı görünür, ona qarşı olunan haqısızlıqlara səs etmir, həyatdan heç bir həzz almır... Onun üçün də göyqurşağı anlayışı yoxdur, varsa-yoxsa qara, ağ...sanki. Elə idi, həqiqətən? Zənnimcə, bu bənzətmə sadəcə zahiri ola bilərdi. Çünki Akaki Akakiyeviçdən fərqli olaraq Raif əfəndi zahiri pərdə arxasında müəyyən yaşantısı vardı, yaşadığı həyat öz seçimi idi. O Akaki Akakiyeviç kimi “düz” yaşamır, ona haqsızlıq olunanda və ya axmaq yerinə qoyulanda bunun fərqində olurdu. İçinə qapanıq, melanxolik biridir və hər necə olursa olsun ətraf aləmlə uzlaşmağa çalışır. Bəlkə də, qarşı qoymaması mənfi bir hal idi, ancaq bu onun seçimi idi. Və seçimlərimiz bizi digərlərindən ayırırdı, səhv yaxud düz. “Təsadüf səni mənimlə görüşdürməsəydi, yenə də əvvəlki qaydada, lakin hərşeydən xəbərsiz ömür sürüb gedəcəkdim. Dünyada başqa cür bir həyatın mövcüd olduğunu, mənim də bir ruha malik olduğumu mənə sən öyrətdin...”-deyə yazılıb Raif Əfəndinin məktubunda... Kim idi bəs ona güzgü tutan, ruhunun dərinliklərini göstərən.. Mariya Puder... Kürk paltolu madonna... Bu qadın sanki Raif Əfəndinin oxuduğu romanların qəhrəmanı idi və sanki o diyarlardan gəlmişdi... “Elə bil, getdiyi sərgilərdəki
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2025375,8bin okunma
6/10
·280 syf.··
2018 8. kitabı
“ – Neçənci mərtəbəyə qalxdı ? Zaur: – Altıncıya,- dedi,- başımı verərəm ki, səhv etmirəm öz gözlərimlə görmüşdüm 6 rəqəmini...Amma bina da beşmərtəbəlidir axı... Məmməd Nəsir uzun müddət harasa baxdı, gözləri yol çəkdi, elə bil, baxışlarıyla divarı deşib harasa çox-çox uzaqlara baxırdı, sonra qəfilcən belə bir kəlam bəyan etdi: – Əgər adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki...” Sadəcə bir cümlə əsərin məğzini ifadə edə bilərmi? - deyənlərin suallarının cavabıdır bu... Bir cəmiyyət, hansıki sərhədərlə, qaydalarla, yazılan və yazılmayan qanunlarla əhatəlidir. Və hansıki bu qaydalar iki sevən gəncin həyatını müəyyən edəcək dərəcədə əhəmiyyətlidir. Bəs cəmiyyətin normalarını kim müəyyən edir? Doğru və yanlış kimə görə dəyişir? Öz ayaqları üzərində durmağa çalışan bir qadın mütləq şəkildə “yüngül”mü olmalıdır? Həqiqətən bu qanunlar iki ürəyi birləşdirən sevgidən dəyərlidirmi? Ya bir münasibətdə sevmək bəs deyilmi? Azad cəmiyyət nədir bəs? Adət-ənənələri görməzlikdən gəlməkmi ya sərhədsiz sərbəstlikmi? Həm Azadlıq veriləndə belə hamı özgür olmur ki... Bu əsəri sadəcə faciəli sonluqla bitən eşq tarixçəsi adlandırmaq da doğru olmaz. Bu roman 70 illik sosializmə baxmayaraq sovet cəmiyyətinin dərin burjua mahiyyətini göstərir. Bir tərəfdə köhnəlmiş mənəvi dəyərlər var, digər tərəf də isə məğlubiyyətə düçar olan bir məhəbbət.1 Maraqlısı ondan ibarətdir ki, Ştefan Proysun Almaniyada nəşr olunan “Goslarsche Zeitung” qəzetinin 16 may 1989-cu il tarixli sayında bu əsər haqqında yazını “Şərqdə məhəbbət” adlandırmışdır. Bu əsərin iki baş qəhrəmanı var, iki sevən ürək; Təhminə və Zaur... Təhminə - azad olmayan cəmiyyətin azad qadını idi. İnamları olan, özünü təsdiq etmiş və bunun üçün çaba sərf
Beş Katlı Evin Altıncı KatıAnar Rızayev · Ötüken Neşriyat · 19971,848 okunma
Reklam