Lev Tolstoy – İnsan nə ilə yaşayır
Çox sevdiyim əsərlərdən biri oldu.
Əsər çox sadə dillə yazılıb, amma bu sadəliyin arxasında böyük bir düşüncə yatır.
Oxuduqca anlayırsan ki, yaşamaq sadəcə nəfəs almaq üçün deyil.
Tolstoyun bu hekayəsində əsas mövzu insanın varlığını nəyin yaşatdığıdır.
Əsərdə bir ayaqqabı ustası olan Semyonun həyatına təsadüfən daxil olan bir mələk Mixailin, insanlarla təmasda olduqca üç böyük həqiqəti öyrənməsi təsvir olunur:
İnsanda nə var?
İnsana nə verilməyib?
İnsan nə ilə yaşayır?
Kitabın həcmi azdır. Hər kəs rahatlıqla oxuya bilər.
Tövsiyəm: Bu kitabı sakit bir anda oxuyun.
Əgər insanlığa, sevgi anlayışına, bağışlamağa və mərhəmətə dair bir şeylər axtarırsınızsa, bu əsər sizə cavab verəcək. Sadə dillə yazılmış gözəl əsərdir.