Həmin andan öz həyatım və həyatımda baş verən hər şeyə görə məsuliyyətin yalnız öz üzərimə düşdüyünü anladım.MƏN cavabdehəm! İndi olduğum vəziyyətə görə çətin uşaqlıq
keçirməyi və ya nə isə başqa bir şeyi günahlandıra bilməzdim. Cavabdeh mən özüməm. Sükan mənim əlimdədir. Bu mənim həyatımdır və mən nə isə dəyişmək üçün hərəkətə keçməsəm həyatım ətalət qüvvəsi hesabına yuvarlanıb gedəcək.
Həyatınızdakı uğursuzluqlarda digər insanları, cəmiyyəti, təşkilatları, şəraiti və
bir sözlə özünüzdən başqa hər kəsi və hər şeyi günahlandırmaq mənəviyyatınızı kasadlaşdırır, iradənizi zəiflədir və xarakterinizi məhv edir. Sonsuz bəhanələr axtarışına gətirib çıxarır. Siz diqqətinizi uğur qazanmaq üzərində
cəmləşdirmək əvəzinə bəhanələr axtarmaqla məşğul olursunuz.
Belə bir qədim hind rəvayəti var: Müəllim şagirdinə deyir: “Mənim çiyinlərimdə iki canavar oturub. Sol çiynimdəki qara canavardı və məni daim pis əməllərə təhrik edir. Sağ çiynimdəki isə ağ canavardı və məni yaxşı işlərə ruhlandırır.” Onda şagird soruşur:“Onlardan hansı daha güclüdür” Müəllim cavab verir: “Daha çox bəslədiyim!”