Qaraqanın bundan əvvəlki kitablarını oxuyub bəyənən biri olaraq yazıram. Kitabdakı məlumatlar gözəl idi 2 ulduzu da ona görə verdim. Amma 4 ildi İslam dinini və Quranı araşdıran biri olaraq deyirəm ki quran haqqında tam öyrənmədən onun haqqında nəsə demək cahilliyin dibidir və həqiqətdən qaçmaqdı. Kitabın bir bölümündə Allahın mərhəməti haqqında yazılıb və Allahın mərhəmətinin insanın mərhəmətindən az olduğu deyilir. Üstəlik Allahin '""istədiyini"" kafir edib ""istədiyini"" mömin edəcəyi ayələri xatırladılıb. Bu insan az da olsa araşdırmayıb ki Allah istədiyini yox ""istəyəni"" kafir edir ""istəyəni"" mömin. O tərcümələr tamamilə səhvdi. Yəni kimsə Allahdan hidayət istəyib saleh əməllər işləyirsə Allah da ona hidayət verər. Kimsə də Allahı inkar edirsə və çirkin əməllərini davam edirsə Allah ona mane olmaz... Kitabın əvvəlindəki bəzi həşəratların çoxalması ilə bağlı da deyir sizcə mərhəmətli Allah bunu edər? Amma Allah bütün heyvanların da çoxalma şəklini eyni yaratsaydı bunun kimilər deyərdi ki çox sadə yaradılışdı bu təsadüf də ola bilər. Yaradıcı olmaya da bilər. Yəni deməyim odu illərdi mahnılarına sevərək qulaq asdığım kitablarını sevərək oxuduğum insanın bu kitabı məni çox xəyal qırıqlığına uğratdı. İnsanları çaşdırmaq bu qədər asan olmamalıdı. Düzdü inandığın şeyləri sorğulamalısan amma bu birbaşa çaşdırmaqdı. Din haqqında nəsə yazan gərək illərlə onu araşdırsın. Özünə uyğun həqiqətləri yox sadəcə saf həqiqəti araşdırıb yazmalıdı bir yazar xüsusilə din haqqında.