Məndən sonra dünyada nə baş verəcəyi haqqında fikirləşmək ölümün özü qədər qaranlıq məsələdi! Sizin nəyinizə lazımdı axı? Nədən belə narahat olursunuz? Mən başımı yerə qoyan kimi siyasətçilər yığışıb bu andır ölkəni bir vaxt böldükləri kimi böləcəklər! Bax görərsiz, bu bölüşmə mərasiminə keşişlər də tökülüşüb gələcək, dövlətlilər də özlərini yetirəcək və hər şeyi çapıb talayacaqlar, kasıblarasa yenə də heç nə çatmayacaq, onların güzəranı əvvəlkindən də pis olacaq. O bədbəxtlərin taleyi belədi, nəcisə beşcə qəpik verən tapılsa, bu adamlar dalsız doğulmağa başlayacaqlar! Elə də olacaq, görərsiz!