Axı həyat öz-özlüyündə son dərəcə füsunkar, son dərəcə qəribədir, həyatda həll edilməmiş bir çox məsələ, xülya, qəhrəmanlıq səyləri vardır. Martin həyatın qüdrət və əzəmətini, hərarət və nəbzini, üsyankar ruhunu duyurdu. O, təhlükələr qoynuna atılan cəsur insanları, məhəbbətdən dəli-divanə olmuş gəncləri dəhşət və iztirablar içərisində mübarizə aparan, güclü zərbələr ilə həyatın nəfəsini kəsən nəhəngləri tərənnüm etmək istəyirdi.....